Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət 81 yaşlı Polad Bülbüloğlu boşanıb, yenidən EVLƏNDİ...
81 yaşlı Polad Bülbüloğlu boşanıb, yenidən EVLƏNDİ -
Mədəniyyət

81 yaşlı Polad Bülbüloğlu boşanıb, yenidən EVLƏNDİ - ONUNLA

Xpress.az Redaksiyası 25.08.2026 19:40

Uzun illər Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışmış, ölkəmizin Rusiyadakı keçmiş səfiri, Milli Məclisin 81 yaşlı deputatı Polad Bülbüloğlunun ailə həyatı ilə bağlı yeni məlumat yayılıb.

81 yaşlı Polad Bülbüloğlu 1997-ci ildə nikaha girdiyi Gülnarə Şıxəliyevadan boşanıb.

Ancaq deputatın subaylığı uzun çəkməyib və o, başqa bir xanımla ailə həyatı qurub. Bildirilir ki, Polad Bülbüloğlu yeni həyat yoldaşı ilə bu yaxınlarda Qəbələdə keçirilən musiqi festivalında iştirak edib.

Festivaldan sonra isə Bülbüloğlu yeni xanımı ilə Bodruma istirahətə yollanıb.

Məsələ ilə bağlı Polad Bülbüloğlu açıqlama verməyib. Deputat zəngləri və mesajları cavabsız qoyub.|gununsesi.info

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək