Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Sosial şəbəkənin insan həyatına mənfi təsiri var?
Sosial şəbəkənin insan həyatına mənfi təsiri var?
Gündəm

Sosial şəbəkənin insan həyatına mənfi təsiri var? - Psixoloq Fərqanə Mehmanqızı açıqladı

Xpress.az Redaksiyası 25.08.2026 23:16

"İnsanın nəyisə ideallaşdırması, gözəlliyin ən pik həddə çatdırılması və fantaziyasının bu fonda inkişaf etdirilməsi normaldır. Biz əslində bu gün sosial şəbəkəni pisləmək istəyirik. Amma nəzərə almalıyıq ki, burada mühüm, önəmli məqamlar var. Əvvəllər bədii əsərlərdə, yəni orta əsrlər dövründən belə, bədii əsərlərdə sevgi ideallaşdırılırdı, dostluq ideallaşdırılırdı, münasibətlər ideallaşdırılırdı, vətən sevgisi, eləcə də həyata baxış ideallaşdırılırdı. Bu ideallaşdırılmış əsərlərdən insanlar özlərinə bir ideal seçirdilər".

Bu sözləri Xpress.az-a açıqlamasında psixoloq Fərqanə Mehmanqızı danışıb.

"Gözəlliyin pik həddini elə gözəl qadın kimi də, insan surəti kimi də burada görürdülər. Gözəlliyi pik həddi kimi o əsərlərdə görür və ideallaşdırılmış əsərlərdə özlərini bənzətməyə çalışırdılar. Bunun sadəcə yeri dəyişib, sosial şəbəkələr olub. Təbii ki, psixohəssas insanlarda, özgüvənsiz insanlarda belə ideallaşdırılmış obrazlar həmişə bir travma yarada bilər. Amma bunu faciələşdirmək lazım deyil. Hər bir insan individualdır və başa düşməlidir ki, bu efirdir, bu ekran qarşısıdır, bu real həyat deyil. Amma yenə dediyim kimi, orta əsrlər dövründən də bədii əsərlərdə münasibətlər ideallaşıb, gözəllik anlayışı ideallaşıb; qadın gözəlliyi, kişi gözəlliyi ideallaşıb. Yəni, buna görədə bu gün sosial şəbəkələrin mənfi təsiri üzərində çox dayanırıq. Amma əslində ciddi şəkildə baxsanız görərsiniz ki, bədii əsərlərdə də bu var idi. Bu gün sadəcə bədii əsərlər yox, sosial şəbəkə aktiv həyatımızda var".

Aysel İbrahimli

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Şarjınız tez bitir? -

26.08.2026 09:12 Texnologiya

“Ayrılmış qadın”ın MÜBARİZƏSİ:

26.08.2026 09:06 Ana səhifə

Uzun müddət azadlıqdan məhrum edilən əcnəbilər bu ölkədən deport olunacaq

26.08.2026 08:55 Dünya

610 bal topladı, universitetə qəbul olmadı

26.08.2026 08:42 Təhsil

Dağların sinəsində yenidən ucalan Bayraq:

26.08.2026 08:00 Cəmiyyət

VƏTƏNƏ SEVGİNİN TƏCƏSSÜMÜ

25.08.2026 23:28 Cəmiyyət

81 yaşlı Polad Bülbüloğlu boşanıb, yenidən EVLƏNDİ -

25.08.2026 19:40 Mədəniyyət

YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA -

25.08.2026 17:37 Gündəm

Prezidentdən filiz yataqları ilə bağlı

25.08.2026 17:15 Cəmiyyət

Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevriləcək

25.08.2026 16:41 Cəmiyyət

“Azəripək" "Azərxalça"ya birləşdirildi –

25.08.2026 16:02 Cəmiyyət

Sənədsiz evlərin sənədləşdirilməsi üçün şərtlər

25.08.2026 14:42 Cəmiyyət

Azərbaycan üzgüçülüyündə institusional inkişafa beynəlxalq təcrübə

25.08.2026 14:16 Cəmiyyət

Bitkoinin hazırkı yüksəlişi getdikcə daha fundamental xarakter alır

25.08.2026 14:11 İqtisadiyyat

Bu xəstəxanaya yeni direktor təyin edildi

25.08.2026 14:02 Cəmiyyət

Bakı yenidən möhtəşəm festivala ev sahibliyi edəcək –

25.08.2026 12:25 Mədəniyyət

Qruplar üzrə neçə plan yeri BOŞ qaldı? – Rəqəmlər

25.08.2026 11:51 Təhsil

Komitənin yeni Aparat rəhbəri kimdir?

25.08.2026 10:45 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək