Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə “Ayrılmış qadın”ın MÜBARİZƏSİ:
“Ayrılmış qadın”ın MÜBARİZƏSİ:
Ana səhifə

“Ayrılmış qadın”ın MÜBARİZƏSİ: Çətindir, amma mümkünsüz deyil… - FOTO

Xpress.az Redaksiyası 26.08.2026 09:06

Boşanıb, ayrılıb uşağı ilə ata-anasının yanına qayıdan xanımların tez-tez qruplarda dərdini oxuyuruq. Hər dəfə oxuyub sakitcə keçirəm. Amma demək istədiyim bir-iki şey var.

Əvvəlcə bunu bilin: ailə ola bilmək ailəni dağıtmaqdan daha çətindir. Xoşbəxt olmadığın yerdə bəlkə nəyəsə görə dözüb dayanmaq olar. Mən bunu doğru hesab etmirəm, amma şərait bəzən insanı buna məcbur edir. Ancaq uşaq varsa, uşağın xoşbəxt olmadığı, gələcəyi olmayan bir ailədə günü-günə satmaq, dava-dalaş, yoxluq və psixoloji gərginlik içində yaşamağa dəyməz.

“Ən çətini qərar verməkdir”, deyirlər. İnanın ki, qərar vermək sonrakı mərhələnin yanında ən asanıdır.

Mən də yaşamışam bunu. Artıq səkkiz ildən çoxdur. Hələ də düzəldə, yoluna qoya bilmədiyim şeylər var. Amma bir an belə peşman olmamışam. Əksinə, hər dəfə “nə yaxşı ki” deyirəm.

Balaca uşaqla ata-ananın, qardaşın, ailənin yanına sığınmaq ilk növbədə insandan böyük iradə, dözüm, səbir və psixoloji möhkəmlik tələb edir. Çünki ən xırda söz, ən adi hərəkət belə sənə pis təsir edə bilər. Sən yaralısan deyə hər şey o yaraya toxunur, qanadır, ağrıdır.

Amma bu, normal prosesdir.

Uşaqlığını yadına sal, gəncliyini xatırla. Ananla, atanla, qardaşınla heç problemin olmayıb? Uşaq səs salır, yaşlı adamdır, əsəbləşə bilər, darıxa bilər, milyon dənə problem var. Bəzən kimsə öz əsəbini səndən çıxara bilər. Heç nəyi travmaya çevirmək lazım deyil. Əksinə, əlindəki fürsətdən istifadə edə bilmək üçün nə edə biləcəyinə bax.

Dünyanın sonu deyil.

İnanın, uşağını yanında bircə dəqiqəlik qoyub harasa rahatlıqla çıxa biləcəyin anan, atan, qardaşın, bacın, bir yerin varsa, əslində, dünyanın ən xoşbəxt insanısan.

Əlində bir sənətin varsa, ondan yapış. Təhsilin yoxdursa, hansı yolla mümkündürsə, təhsil almağa çalış. Bir iş tapıb az maaşla da olsa işləyərək uşağının ən bəsit ehtiyaclarını qarşılamağa çalış. Ətrafındakı hər kəsdən bu naminə istifadə etməyə çalış. Pis mənada yox, təbii ki.

Bilirəm, çətindir. Əvvəllər lap çətin olur. İçində dağa dönən ağrılarını, gözündə dərdə dönən gələcək qayğılarını bəzən bölüşməyə, paylaşmağa bircə yaxın adam olmur. Anlayıram.

Amma güclü olmağa məcbursan. Bir yolunu tapmalısan.

Oturub “anam belə dedi, atam elə elədi” deyə hesab-kitab aparmaq, küsmək, incimək, onsuz da qırıq olan ürəyini bir az da şikəstləşdirmək sənə heç nə vermir. Zaman isə keçir.

Uşağa bir ailə, bir gələcək, bir xoşbəxtlik borclusan. Bunun üçün ağlamaq yox, döyüşmək yolunu seçməlisən.

Olduqca ədalətsiz, olduqca murdar, haqsızlıqlarla dolu bir mübarizə olacaq. İş tapa bilməyəcəksən. İş tapsan, gördüyün iyrənc insan münasibətləri, yanaşmalar səni həyatdan diksindirəcək. Hər şey bir yana, “ayrılmış qadın” etiketi ilə də mübarizə aparmalı olacaqsan.

Bunun üçün az qala insanda dəmir iradə, dəmir əsəb olmalıdır. Amma bunu məqsədə çevirəndə həqiqətən alınır. İlahi bir tarazlıq var və o, mübarizə aparan insanları sevir, nəinki zarıyanları.

“Səkkiz ildə nə əldə etmisən?” desəniz, bəlkə cavabım çox xırda görünəcək. Amma bu xırda nemətlərin hər biri alın tərimin, yuxusuz gecələrimin, yorğun gündüzlərimin, üstəlik iki il qızımdan uzaq yaşamağımın, Bakı-Qazax arasındakı yollarda qalmağımın və heç kimə arxalanmadan özümə inanmağımın məhsuludur.

Həyatla barışanda, həyatın xəyalımızdakı kimi çəhrayı buludların üstündə olmadığını anlayanda və ən əsası, heç kimin bizə nə diqqət, nə sevgi, nə güvən, nə də başqa bir şey borclu olmadığını dərk edəndə, əslində nə qədər tək olduğunun fərqinə varırsan.

Və ən əsası, qorxmayanda bir yolunu tapmaq olur. Ayrılmısansa, uşağın varsa, o yolu mütləq tapmalısan. Çətindir, amma mümkünsüz deyil.

Fəridə MƏMMƏDOVA

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək