Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət VƏTƏNƏ SEVGİNİN TƏCƏSSÜMÜ
VƏTƏNƏ SEVGİNİN TƏCƏSSÜMÜ
Cəmiyyət

VƏTƏNƏ SEVGİNİN TƏCƏSSÜMÜ

Xpress.az Redaksiyası 25.08.2026 23:28

Hər bir insan haqqında ən doğru sözləri onun gördüyü işlər deyir. Zaman ötür, illər bir-birini əvəzləyir, qarşıda duran vəzifələr dəyişir, amma insanın cəmiyyətə bəxş etdiyi faydalı əməllər daim yaddaşlarda qalır. Azərbaycanın Birinci vitse-prezidenti, Ulu Öndərimizin uca adını daşıyan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uzun illərə söykənən ictimai-siyasi fəaliyyətinə nəzər salanda da ilk olaraq göz önünə gələnlər məhz dövlətimizə və xalqımıza bəxş olunan qiymətli əsərlər, gözəl əməllərdir.

Bu gün bir məktəbin qapısından içəri girən uşağın sevincində, müasir tibb müəssisəsində müalicə alan xəstənin ümidində, yenidən həyata qaytarılan tarixi abidənin daşlarında, muğam səsinin dünyanın müxtəlif ölkələrində eşidilməsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, Qarabağda dağıdılmış məscidin bərpa olunan minarəsində Mehriban xanım Əliyevanın fəaliyyətinin ayrı-ayrı izlərini görmək mümkündür. Bu izlərin hər biri fərqli sahəyə aiddir, amma hamısının ortaq bir məqamı var: dövlətə və xalqa xidmət məramı. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin əsas özəlliyi də elə bundadır.
Heydər Əliyev ideyalarına sədaqətlə
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun, o cümlədən Azərbaycan Mədəniyyət Fondunun gördüyü işlərə diqqət yetirəndə onun vətənpərvərliyinin necə konkret əməllərə çevrildiyini aydın görmək olur. Mədəniyyətimizin və xalqımızın mədəni nümunələrinin qorunmasına və təbliğinə xidmət edən çoxşaxəli tədbirlər, məktəblərin, uşaq evlərinin, tibb mərkəzlərinin inşası və bərpası, xüsusi qayğıya ehtiyacı olan insanlara dəstək göstərilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və digər bu kimi tədbirlər eyni məramdan – sonsuz Vətən sevgisindən qaynaqlanır. Bu məramın kökündə dayanan əsas mənəvi amil isə Ulu Öndər Heydər Əliyevin ideyalarına bağlılıq və sədaqətdir.
Heydər Əliyev Fondu yaradıldığı gündən Azərbaycan cəmiyyətində özünəməxsus yer tutur. Fondun fəaliyyətinə rəhbərlik edən Mehriban xanım Əliyevanın qarşısında isə ilk gündən kifayət qədər böyük və məsuliyyətli vəzifə dayanırdı: Ulu Öndərin adını daşıyan və Cənubi Qafqazın ən böyük qeyri-hökumət təşkilatlarından biri olan Fondun fəaliyyətini böyük liderin irsinə layiq səviyyədə təşkil etmək. Heydər Əliyev Fondunun fəaliyyət göstərdiyi 22 ildən artıq dövrün mənzərəsinə nəzər salanda aydın görünür ki, Mehriban xanım Əliyeva bu missiyanın öhdəsindən uğurla gəlib.
Böyük Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidməti müasir və müstəqil Azərbaycan dövlətinin yaradılmasıdır. Bugünkü güclü Azərbaycan dövlətinin sarsılmaz təməllərini yaradan Ulu Öndər, eyni zamanda, xalqımızın, onun mədəniyyətinin, milli dəyərlərinin və adət-ənənələrinin qorunmasını ümdə vəzifələrdən biri hesab edirdi. Heydər Əliyev Fondunun fəaliyyəti də məhz bu baxışın müasir dövrdə davamıdır. Fondun təhsil və səhiyyədən tutmuş mədəniyyət və sosial müdafiəyə qədər geniş fəaliyyət sahəsinə nəzər salanda bunu görmək mümkündür.
Bu mənada Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyətində Heydər Əliyev ideyalarının yaşadılması yalnız Ulu Öndərin xatirəsinin əbədiləşdirilməsi ilə məhdudlaşmır. Bu ideyalar məktəblərdə, xəstəxanalarda, mədəniyyət ocaqlarında, sosial layihələrdə, beynəlxalq tədbirlərdə və doğma Qarabağda bərpa olunan tarixi abidələrdə həyata vəsiqə alır.
Məktəb yalnız dərs keçirilən bina deyil. Məktəb kəndin, rayonun, bütövlükdə ölkənin gələcəyinin formalaşdığı məkandır. Mehriban xanım Əliyevanın təhsil sahəsinə diqqətinin arxasında da məhz bu düşüncə dayanır. Uşaq evləri və internat məktəblərinin inşası, bərpası və burada yaşayan uşaqlar üçün daha yaxşı şəraitin yaradılması da bu fəaliyyətin istiqamətlərindən biridir. Valideyn qayğısından məhrum olan uşaqlara göstərilən diqqət həm də Mehriban xanım Əliyevanın bağlı olduğu humanizm dəyərlərinin təcəssümüdür.
Səhiyyə sahəsində həyata keçirilən layihələr də Mehriban xanım Əliyevanın fəaliyyətinin humanizm yönümünü aydın şəkildə göstərir. Talassemiya ilə mübarizə, şəkərli diabetdən əziyyət çəkən uşaqlara yardım, xüsusi qayğıya ehtiyacı olan insanların reabilitasiyası, müasir tibb mərkəzlərinin yaradılması və səhiyyə müəssisələrinin yenilənməsi istiqamətində görülən işlər həm də Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətə mühüm töhfədir.
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri də Azərbaycan mədəniyyətinin qorunması və təbliğidir. Azərbaycanın qədim və zəngin mədəniyyətinin dünyaya təqdim olunması, milli-mədəni nümunələrimizin beynəlxalq səviyyədə tanıdılması, tarixi irsimizin qorunması istiqamətində həyata keçirilən layihələr həm də Mehriban xanım Əliyevanın apardığı mədəni diplomatiyadan xəbər verir.
Məsələn, onun təşəbbüsü ilə həyata keçirilən layihələr nəticəsində muğam sənətinin inkişafı üçün mühüm imkanlar yaradılıb. Beynəlxalq Muğam Mərkəzinin fəaliyyəti, “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalının keçirilməsi, gənc ifaçıların dəstəklənməsi bu sənətin yaşadılmasına və dünyaya tanıdılmasına böyük töhfə verib. Muğamın UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi də Azərbaycanın milli mədəniyyətinin beynəlxalq səviyyədə təsdiqi baxımından mühüm hadisədir. Bununla yanaşı, Azərbaycan aşıq sənətinin, Novruz ənənələrinin və digər milli-mədəni nümunələrimizin beynəlxalq irs siyahılarında yer alması milli sərvətlərimizin qorunması istiqamətində ardıcıl fəaliyyətin nəticəsidir.


Bəxtiyar ƏSGƏROV

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Şarjınız tez bitir? -

26.08.2026 09:12 Texnologiya

“Ayrılmış qadın”ın MÜBARİZƏSİ:

26.08.2026 09:06 Ana səhifə

Uzun müddət azadlıqdan məhrum edilən əcnəbilər bu ölkədən deport olunacaq

26.08.2026 08:55 Dünya

610 bal topladı, universitetə qəbul olmadı

26.08.2026 08:42 Təhsil

Dağların sinəsində yenidən ucalan Bayraq:

26.08.2026 08:00 Cəmiyyət

Sosial şəbəkənin insan həyatına mənfi təsiri var?

25.08.2026 23:16 Gündəm

81 yaşlı Polad Bülbüloğlu boşanıb, yenidən EVLƏNDİ -

25.08.2026 19:40 Mədəniyyət

YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA -

25.08.2026 17:37 Gündəm

Prezidentdən filiz yataqları ilə bağlı

25.08.2026 17:15 Cəmiyyət

Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevriləcək

25.08.2026 16:41 Cəmiyyət

“Azəripək" "Azərxalça"ya birləşdirildi –

25.08.2026 16:02 Cəmiyyət

Sənədsiz evlərin sənədləşdirilməsi üçün şərtlər

25.08.2026 14:42 Cəmiyyət

Azərbaycan üzgüçülüyündə institusional inkişafa beynəlxalq təcrübə

25.08.2026 14:16 Cəmiyyət

Bitkoinin hazırkı yüksəlişi getdikcə daha fundamental xarakter alır

25.08.2026 14:11 İqtisadiyyat

Bu xəstəxanaya yeni direktor təyin edildi

25.08.2026 14:02 Cəmiyyət

Bakı yenidən möhtəşəm festivala ev sahibliyi edəcək –

25.08.2026 12:25 Mədəniyyət

Qruplar üzrə neçə plan yeri BOŞ qaldı? – Rəqəmlər

25.08.2026 11:51 Təhsil

Komitənin yeni Aparat rəhbəri kimdir?

25.08.2026 10:45 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək