Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Komitənin yeni Aparat rəhbəri kimdir?
Komitənin yeni Aparat rəhbəri kimdir?
Cəmiyyət

Komitənin yeni Aparat rəhbəri kimdir?

Xpress.az Redaksiyası 25.08.2026 10:45

Ötən gün Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulovun müşaviri Səbuhi Əliyev komitənin yeni Aparat rəhbəri təyin olunub.

43 yaşlı S.Əliyev 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2009-cu ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

2004-2005-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. 2007-2010-cu illərdə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində, 2010-2019-cu illərdə isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun İdarə Edilməsi Agentliyində baş məsləhətçi, sektor müdiri və digər vəzifələrdə çalışıb. 2019-cu ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində fəaliyyət göstərib.

2019-2024-cü illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən şöbə müdiri vəzifəsində çalışıb. 2024-cü il 19 avqust tarixindən 13 aprel 2026-cı il tarixinədək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktor müavini vəzifəsində işləyib.

14 aprel 2026-cı ildən 24 avqust 2026-cı il tarixinədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müşaviri vəzifəsində çalışıb. 24 avqust 2026-cı ildə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2025-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. (Unikal)

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək