“Maşa və Ayı”nın başı dərddə – personajlara görə MƏHKƏMƏ QALMAQALI
“Maşa və Ayı” MMC məşhur cizgi serialının yaradıcısı Oleq Kuzovkova qarşı müəllif hüquqları ilə bağlı məhkəmə iddiası qaldırıb.
Xpress.az RİA Novosti- yə istinadən xəbər verir ki, bu barədə Moskvanın ümumi yurisdiksiya məhkəmələrinin məlumatlarında qeyd olunub.
Məlumata görə, iş üzrə məhkəmə iclası 19 oktyabr 2026-cı il tarixində Moskva vaxtı ilə saat 11:00-da keçiriləcək.
İddiaçı qismində “Maşa və Ayı” MMC, cavabdeh kimi isə cizgi serialının yaradıcısı Oleq Kuzovkov göstərilib.
Məhkəməyə təqdim olunan iddianın cizgi serialındakı personajların müəllif hüquqları ilə bağlı olduğu bildirilir. İş üzrə məhkəmənin hansı qərarı verəcəyi isə iclasdan sonra məlum olacaq.