Modern.az 17 yaşını qeyd edir
Bu gün Azərbaycanın media məkanında öz dəst-xətti, peşəkar fəaliyyəti və operativ xəbərçilik prinsipləri ilə seçilən Modern.az xəbər agentliyinin fəaliyyətə başlamasından 17 il ötür.
2009-cu il sentyabrın 1-də fəaliyyətə başlayan Modern.az ötən 17 il ərzində Azərbaycan jurnalistikasında özünəməxsus mövqe qazanıb. Fərqli layihələri, maraqlı müsahibələri, araşdırmaları və gündəlik xəbərləri ilə geniş oxucu auditoriyasının rəğbətini qazanan xəbər portalı ölkədə və dünyada baş verən mühüm hadisələri operativ şəkildə işıqlandırır.
Modern.az-ın jurnalistikanın əsas prinsiplərinə – obyektivlik, qərəzsizlik və operativliyə sadiqliyi onun media məkanındakı nüfuzunu daha da möhkəmləndirib. Bu gün agentliyin xəbərləri yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tərəfindən də maraqla izlənilir.
17 il ərzində Modern.az-ın inkişafında əməyi olan bütün kollektivə, jurnalistlərə və yaradıcı heyətə təşəkkürümüzü bildiririk. Xəbər Agentliyinin təsisçisi və baş direktoru Elşad Eyvazlını, eləcə də bütün Modern.az kollektivini bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edirik.
Xpress.az olaraq Modern.az-a yeni yaradıcılıq uğurları, bol oxucu auditoriyası və media fəaliyyətində daha böyük nailiyyətlər arzulayırıq. Qələminiz iti, sözünüz daim dəyərli, yolunuz açıq olsun!