Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Putin:
Siyasət

Putin: Moskva münasibətləri anlamalıdır

Xpress.az Redaksiyası 01.09.2026 21:30

Rusiya Ermənistanın əsas ticarət-iqtisadi tərəfdaşıdır.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Bişkekdə Paşinyanla görüşündə bildirib.

Onun sözlərinə görə, 2026-cı ilin əvvəlindən ölkələr arasında ticarət dövriyyəsi 2,5 milyard dollar təşkil edib.

Putin qeyd edib ki, Ermənistanın Aİİ-də (Avrasiya İqtisadi İttifaqı) üzvlüyü dövründə ölkənin ÜDM-i 3 dəfə, İttifaq ölkələrinə ixrac isə 10 dəfə artıb:

"Ermənistanın Avropa İttifaqına üzv olmaq istəyi ölkənin qanuni hüququdur, lakin bu, Aİİ-də üzvlüyün davam etdirilməsi ilə bağlı müəyyən çətinliklər yaradır. Ermənistan Aİ-yə üzvlük məsələsində nə qədər tez qərar versə, bir o qədər yaxşıdır. Çünki, Moskva münasibətilərin bundan sonra necə inkişaf etdirəcəyini anlamalıdı".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək