Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət DİQQƏT! Güzəştli mənzillər satışa
DİQQƏT! Güzəştli mənzillər satışa
Cəmiyyət

DİQQƏT! Güzəştli mənzillər satışa ÇIXARILDI

Xpress.az Redaksiyası 04.09.2026 15:19

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Lənkəran, Şirvan və Yevlax yaşayış komplekslərində ümumilikdə 535 mənzilin güzəştlə satışına başlayıb.

Mənzillərin satışı bu gün saat 11:00-dan 16:00-dək həyata keçiriləcək.

Satışa Lənkəran Yaşayış Kompleksi üzrə 1, Şirvan Yaşayış Kompleksi üzrə 528, Yevlax Yaşayış Kompleksi üzrə isə 6 mənzil çıxarılıb.
  Mənzillərin seçimi Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilmiş “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Sistemdə elektron kabinetə sahib olan vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzil seçimində bərabər hüquqa malikdirlər.

Satış prosesi media nümayəndələrinin iştirakı ilə müşahidə olunur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək