Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə MİQ-in müsahibə mərhələsinin
MİQ-in müsahibə mərhələsinin
Ana səhifə

MİQ-in müsahibə mərhələsinin nəticələri AÇIQLANDI

Xpress.az Redaksiyası 05.09.2026 17:26

Müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə Xpress.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, müsahibə mərhələsində uğur qazanan namizədlər 10 sentyabr saat 18:00-dək zəruri sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Təqdim edilməli sənədlər:

- şəxsiyyəti təsdiq edən sənədin surəti;

- ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti;

- əmək kitabçasının əsli (olduğu təqdirdə);

- 4 ədəd 3x4 formatında fotoşəkil;

- sağlamlıq haqqında arayış;

- kadrlar uçotunun şəxsi vərəqəsi;

- şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış.

"Nəzərinizə çatdırırıq ki, çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşdiriləcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışın təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

Çıxarışını təsdiq etdirməyən, eləcə də müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq", - deyə agentlikdən bildirilib.

Qeyd edək ki, müsahibə mərhələsində uğur qazanmayan namizədlər 7 sentyabr saat 11:00-dan 8 sentyabr saat 11:00-dək şəxsi səhifələri vasitəsilə apellyasiyaya müraciət edə bilərlər. Apellyasiya müraciətləri yalnız elektron formada qəbul ediləcək.

Müsahibələrin onlayn formatda təşkili nəzərdə tutulur. Bununla əlaqədar namizədlər şəxsi səhifələrinə daxil olaraq müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanını müvafiq xanaya qeyd etməli və iştiraklarını təsdiqləməlidirlər. Elektron poçt ünvanını düzgün qeyd etməyən və elektron ərizəsini təsdiqləməyən namizədlərin apellyasiya müraciəti təmin olunmayacaq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək