Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Naxçıvan sakinlərinə ŞAD XƏBƏR:
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR:
Ana səhifə

Naxçıvan sakinlərinə ŞAD XƏBƏR: Zəngəzur dəhlizinə görə YENİ GÜZƏŞTLƏR OLACAQ - FOTO

Xpress.az Redaksiyası 07.09.2026 12:10

“Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişikliklər edilib. Yeni dəyişikliklərə əsasən, Zəngəzur dəhlizi istifadəyə veriləndən sonra Naxçıvan üçün yeni güzəştlər tətbiq ediləcək”.

Xpress.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov bildirib.

O qeyd edib ki, Proqrama əsasən, Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların quru yolu ilə ixracı üçün yeni imkanlar yaranacaq: “Bu imkanlardan hərtərəfli istifadənin stimullaşdırılması məqsədilə müxtəlif güzəştlərin tətbiqi məsələsinə ayrıca qiymətləndirmə aparılmaqla baxılacaqdır. Sənədə əsasən, dəhlizinin istifadəyə verilməsindən sonra Naxçıvanda sahibkarlara dəstək mexanizmi daha da genişləndiriləcək”.

Deputatın sözlərinə görə, Proqramda qeyd edilir ki, güzəşt tədbirləri Naxçıvanın əlverişli coğrafi mövqeyindən istifadə edilərək, regionda istehsal olunan məhsulların xarici və ölkədaxili bazarlara çıxışı sürətləndiriləcəkdir: “Bu çərçivədə, yerli məhsulların rəqabətqabiliyyətliliyini artırmaq və daşıma xərclərini optimallaşdırmaq məqsədilə sahibkarlara məqsədli logistik dəstək mexanizmləri tətbiq olunacaqdır”.

V.Bayramov vurğulayıb ki, yeni güzəştlər Naxçıvanın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə xidmət edəcək: “Bu, Naxçıvanda istehsal edilən məhsulların daha böyük bazarlara çıxış imkanlarını təmin edəcək. Proqramda nəzərdə tutulan tədbirlər Naxçıvan Muxtar Respublikasının ərazisində iqtisadi aktivliyin, məşğulluğun və ixracın artmasına, iqtisadiyyatda yerli istehsalın rolunun güclənməsinə kömək edəcəkdir. Bu, Naxçıvanın inkişafında yeni mərhələnin başlanması demək olacaq”.

Ərturan İSMAYIL

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək