Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Moskva və Kiyev danışıqlarında nə əldə edildi? -
Moskva və Kiyev danışıqlarında nə əldə edildi? -
Ana səhifə

Moskva və Kiyev danışıqlarında nə əldə edildi? - AÇIQLAMA

Xpress.az Redaksiyası 07.09.2026 13:30

“ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin Moskva və Kiyevə səfərləri yekunlaşıb. Moskvada və Kiyevdə üçtərəfli görüşün keçirilməsi imkanları müzakirə edilib. Stiven Uitkoff Moskvada keçirilən danışıqlarda mühüm irəliləyiş əldə olunduğunu bildirib. Ancaq bu irəliləyişin nədən ibarət olduğu haqqında detallı açıqlama verməyib”.

Xpress.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Stiven Uitkoff Moskva və Kiyevin müharibəyə son qoymaları üçün güzəştə getmələrinin vacib olduğunu deyib: “Yəqin Vaşinqton hər iki tərəfin konkret güşəztlərini də müəyyənləşdirib. Kiyevin güzəşti atəşkəs və ərazilərin itkisi hesabına olsa belə bir daha müharibənin başlamayacağına dair təminat almaqdan ibarətdir. Moskvanın güzəşti isə bəlli deyil, əksinə Rusiya Prezidenti Kiyevdən Donbasın tamamını tələb edir. Kiyevin buna razılaşması mümkün deyil. Bu səbəbdən tərəflərin qarşılıqlı güzəştlərlə müharibəni dayandıracaqları ehtimalı azdır”.

Politoloq vurğulayıb ki, Vladimir Putin Donald Trampın nümayəndələrini yola saldıqdan dərhal sonra Şimali Koreyaya səfər edib: “Bu o deməkdir ki, Rusiya Prezidentinin müharibəni dayandırmaq fikri yoxdur. Çünki, Vladimir Putinin Şimali Koreyaya səfəri yenidən bu ölkədən daha çox raket əldə etməkdən və koreyalıları cəbhə bölgəsinə göndərməkdən ibarətdir. Rusiyanın özündə də hərbi texnika istehsalı genişlənib. “The Telegraph” və “Politico” nəşrlərinin birgə araşdırmasına görə, Çinin dövlət şirkəti Rusiyaya yüzlərlə kamikaze dronunun istehsalı üçün materiallarla təchiz edib. Hissələr Rusiyanın ən böyük enerji istehsalçısı ilə əlaqəli bir şirkətə göndərilib. Nəşrlərin əldə etdiyi sənədlərə görə, həmin şirkət avqust ayında Ukraynanın mərkəzindəki ticarət mərkəzinə hücum etmək üçün istifadə edilən və ən azı 16 nəfərin ölümünə səbəb olan “Geran” dronlarını istehsal edir”.

E.Şahinoğlu söyləyib ki, Vaşinqton dəfələrlə Pekini müdafiə sənayesində istifadə edilə bilən və birbaşa Rusiya ordusuna gedən ikili təyinatlı əşyalarla təmin etməkdə günahlandırıb: “ABŞ Dövlət Departamentinin ötən ilki bəyanatında Rusiyanın müharibə səylərini dəstəkləyənlərə qarşı sanksiyalar tətbiq ediləcəyi bildirilmişdi. Nəşrlərdə yayımlanan məqalə Çin lideri Si Cinpini çətin vəziyyətə salıb. O bu ayın sonlarında ABŞ səfər edərək Ağ Ev sahibi Donald Trampla müxtəlif mövzuları müzakirə edəcək. Tramp daha əvvəl Si Cinpindən Rusiya və İranı silanlandırmamağı xahiş etmişdi. Ancaq bu xahişin yerinə yetirildiyini söyləmək çətindir. Qərb ekspertləri hesab edirlər ki, Çinin texnoloji dəstəyi olmadan Rusiya Ukraynaya qarşı müharibəni davam etdirə bilməz. Çin lideri Si Cinpin isə Vladimir Putinlə son görüşündə iki ölkə arasında əlaqələrin möhkəmlənəcəyini bildirib. Bayden administrasiyasında dövlət katibinin keçmiş müavini Kurt Kempbell bildirib ki, Çində Rusiyanın hərbi sənaye kompleksinə ikiqat təyinatlı imkanlar təqdim edən şirkətlərin sayı hazırda onlarladır və bu əlaqələr dərindir. O əlavə edib ki, bunun müqabilində Moskva Pekinə "axtardıqları bəzi hərbi imkanları" təkmilləşdirmək üçün texnologiya transferləri təmin edib”.

Ərturan İSMAYIL 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək