Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Azərbaycan Beynəlxalq Büroda üzv dövlət statusu əl...
Azərbaycan Beynəlxalq Büroda üzv dövlət statusu əldə edib
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Büroda üzv dövlət statusu əldə edib

Xpress.az Redaksiyası 07.09.2026 17:14

Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda (BIPM) üzv dövlət statusu ölkəmizin milli metrologiya sisteminin beynəlxalq səviyyədə tanınmasına, beynəlxalq qərarların qəbulunda iştiraka, qabaqcıl təcrübə və biliklərdən istifadəyə, eləcə də BIPM-in kalibrlənmə xidmətlərindən yararlanmağa imkan yaradır

Azərbaycan Respublikası Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda (BIPM) rəsmi olaraq üzv dövlət statusu əldə edib.

Bu barədə Xpress.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən məlumat verilib.

Bununla ölkəmiz BIPM-də 2015-ci ildən bəri sahib olduğu assosiativ üzvlükdən üzv dövlət statusuna keçid edib. Həmin vaxtdan təməli qoyulmuş bu proses Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 7 iyul 2026-cı il tarixində "Metrik Konvensiya"ya qoşulmaq haqqında Azərbaycan Respublikasının Qanununun təsdiq edilməsi ilə başa çatıb. Məlumat üçün bildirək ki, Metrik Konvensiyaya qoşulmaq BIPM-də üzv dövlət statusunun əldə olunması üçün əsas şərtlərdən biri idi.

Yeni status Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) beynəlxalq metrologiya sahəsində fəaliyyət imkanlarını genişləndirir. Bu status ilə ölkəmiz metrologiya sisteminin beynəlxalq səviyyədə tanınması, beynəlxalq metroloji qərarların formalaşdırılmasında bilavasitə iştirak, milli metrologiya infrastrukturunun BIPM sisteminə inteqrasiyası və kalibrlənmə xidmətlərindən ödənişsiz yararlanma, eləcə də milli etalon bazası və kalibrlənmə imkanlarının qabaqcıl təcrübə və biliklərə əsaslanaraq inkişaf etdirilməsi imkanı əldə edir.

Qeyd edək ki, AzMİ indiyədək BIPM-in əsas tutuşdurmalara dair məlumat bazasında (KCDB) 35 kalibrlənmə və ölçmə imkanını (CMC) qeydiyyata aldırıb, 11 beynəlxalq tutuşdurmada iştirak edib. Bundan əlavə, AzMİ Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlıq Təşkilatının (COOMET) üzvü kimi “Milli Etalonların və Milli Metrologiya Müsəssisələri tərəfindən verilən ölçmə və kalibrləmə sertifikatlarının qarşılıqlı tanınması haqqında” Beynəlxalq Sazişdə (CIPM MRA) təmsil olunub.

Qeyd: Metrik Konvensiya 1875-ci il mayın 20-də Fransanın Paris şəhərində imzalanıb və müasir beynəlxalq metrologiya sisteminin əsasını təşkil edir. Konvensiya çərçivəsində fəaliyyət göstərən Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (BIMP) dünyada ölçmələrin vəhdətinin təmin olunması, beynəlxalq etalonların qorunması və milli metrologiya institutları arasında əməkdaşlığın əlaqələndirilməsini həyata keçirir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək