Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Birinciləri məktəbə NECƏ ÖYRƏŞDİRƏK? -
Birinciləri məktəbə NECƏ ÖYRƏŞDİRƏK? -
Ana səhifə

Birinciləri məktəbə NECƏ ÖYRƏŞDİRƏK? - Təhsildə XARİCİ TƏCRÜBƏ + FOTO

Xpress.az Redaksiyası 08.09.2026 12:29

Hər il I və V sinfə başlayan şagirdlərin yeni məktəb mühitinə uyğunlaşması prosesində müəyyən çətinliklər müşahidə olunur. Xüsusilə tədrisin ilk həftələrində müəllimlər həm təlim prosesini təşkil etmək, həm də şagirdlərin yeni mühitə, müəllimlərə və sinif yoldaşlarına uyğunlaşmasını təmin etmək kimi iki mühüm vəzifəni paralel şəkildə həyata keçirməli olurlar.

Bu baxımdan, Türkiyədə tətbiq edilən “Adaptasiya həftəsi” maraqlı təcrübələrdən biri hesab oluna bilər.

Tədris ili başlamazdan əvvəl I sinfə başlayan şagirdlər üçün 5 günlük, V sinfə başlayan şagirdlər üçün isə 3 günlük uyğunlaşma proqramı təşkil edilir. Bu müddətdə şagirdlər valideynlərinin iştirakı ilə məktəb mühiti ilə tanış olur, müxtəlif oyunlara, yaradıcı fəaliyyətlərə və layihələrə cəlb edilirlər. Əsas məqsəd uşağın tədris prosesinə başlamazdan əvvəl məktəbi təhlükəsiz və doğma mühit kimi qəbul etməsinə şərait yaratmaqdır.

Proqramda valideynlərin iştirakı da xüsusi əhəmiyyət daşıyır. Dövlət sektorunda çalışan valideynlərdən birinə övladının uyğunlaşma prosesində iştirak edə bilməsi üçün gündə 3 saatdan çox olmamaqla inzibati icazə verilməsi nəzərdə tutulur.

Maraqlı yanaşmalardan biri də I sinif şagirdləri üçün xüsusi hazırlanmış “Övladımla Məktəbə İlk Addım Dəftəri”dir. Bu dəftər vasitəsilə uşaqlar ailələri ilə birlikdə həyata keçirdikləri fəaliyyətləri və ilk məktəb təcrübələrini qeyd edir, birlikdə öyrənir və təhsil həyatlarının ilk günlərinə dair xatirələr toplayırlar.

Düşünürəm ki, bu yanaşmanın ölkəmizin ümumtəhsil müəssisələrində də tətbiqi və ya pilot şəkildə sınaqdan keçirilməsi şagirdlərin yeni təhsil mərhələsinə daha rahat uyğunlaşmasına, valideyn-məktəb əməkdaşlığının gücləndirilməsinə və müəllimlərin tədris ilinə daha sistemli başlamasına müsbət töhfə verə bilər.

Surət MEHDİYEV

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək