Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Şəkidə kanat faciəsi ilə bağlı cinayət işi açıldı
Şəkidə kanat faciəsi ilə bağlı cinayət işi açıldı
Hadisə

Şəkidə kanat faciəsi ilə bağlı cinayət işi açıldı

Xpress.az Redaksiyası 10.09.2026 09:32

Sentyabrın 8-də Şəki rayonu, Baş Küngüt kəndi ərazisində yerləşən “Şəki yaylası” istirahət mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq həlak olması barədə Şəki rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Xpress.az-a Baş Prokurorluqdan məlumat verilib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, 1999-cu il təvəllüdlü Bayramov Ucal Asif oğlu və 1995-ci il təvəllüdlü Məmmədzadə Coşqun Ceyhun oğlu “Zipline” əyləncəsindən istifadə etdikləri zaman kanat sisteminin bərkidildiyi metal konstruksiyanın deformasiyaya məruz qalması nəticəsində əsas mexaniki qurğu kanatdan çıxıb və əlavə təhlükəsizlik avadanlığı zədələnib.

Nəticədə hər iki şəxs hündürlükdən yerə düşərək hadisə yerində vəfat edib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibbi, texniki-təhlükəsizlik və s. ekspertizalar təyin edilib, eləcə də, digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Faktla bağlı Şəki rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.

Hazırda cinayət işi üzrə hadisənin bütün hallarının, o cümlədən başvermə səbəbləri və şəraiti, “Zipline” qurğularının texniki vəziyyəti və istismarının təhlükəsizlik tələblərinə uyğunluğu, eləcə də ona hüquqi qiymət verilməsi üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Ölmüş heyvanların utilizasiyası üzrə müəssisələr yaradılacaq

10.09.2026 14:45 Cəmiyyət

İlham Əliyev Azərbaycanın yəhudi icmasını

10.09.2026 14:32 Cəmiyyət

Qara dənizdə gəmi vurulub,

10.09.2026 13:23 Hadisə

Çindən Azərbaycana turist axını artıb

10.09.2026 13:04 Turizm

Dövlət Agentliyinə 7 ayda təbii inhisarçılarla bağlı 774 müraciət daxil olub

10.09.2026 12:44 İqtisadiyyat

Məsafədən idarə olunan pətəklər: Lənkəranda arıçılıqda yeni texnoloji mərhələdir

10.09.2026 12:40 Cəmiyyət

Bu il haqsız rəqabətlə bağlı 37 subyektin fəaliyyəti araşdırılıb

10.09.2026 12:36 İqtisadiyyat

Prezident Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında–

10.09.2026 12:20 Cəmiyyət

Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib -

10.09.2026 11:57 Mədəniyyət

AzInTelecom media nümayəndələri üçün təlim keçirib

10.09.2026 11:17 Cəmiyyət

Xəzər dənizində zəlzələ olub

10.09.2026 10:53 Hadisə

Qusarda toydan sonra dava düşüb:

10.09.2026 10:42 Hadisə

Azərbaycan beynəlxalq yardıma 400 milyon dollar yönəldib

10.09.2026 10:24 Siyasət

Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb

10.09.2026 09:45 Hadisə

Azərbaycan neftinin qiyməti 113 dolları keçdi

10.09.2026 09:21 İqtisadiyyat

Tramp yenə İranı hədələdi

10.09.2026 09:11 Dünya

"Sabah" bu gün "Mançester Yunayted"lə oynayacaq

10.09.2026 09:04 İdman

Lənkəran niyə turistlərin diqqətini çəkir? –

10.09.2026 08:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək