Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Bu il haqsız rəqabətlə bağlı 37 subyektin fəaliyyə...
Bu il haqsız rəqabətlə bağlı 37 subyektin fəaliyyəti araşdırılıb
İqtisadiyyat

Bu il haqsız rəqabətlə bağlı 37 subyektin fəaliyyəti araşdırılıb

Xpress.az Redaksiyası 10.09.2026 12:36

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda haqsız rəqabətlə bağlı 37 subyekt haqqında araşdırma aparılıb.

Xpress.az xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Şahin Nağıyev qurumun təşkil etdiyi "Haqsız rəqabət sahəsində tənzimləmələr və təbii inhisar sahəsində dövlət nəzarəti" adlı tədbirdə bildirib.

O bildirib ki, bu araşdırmaların gedişatında artıq 14 subyekt pozuntuları könüllü şəkildə aradan qaldırıb: "Müraciət edənlərin haqsız rəqabətə məruz qalma hallarının aradan qaldırıldığı nəzərə alınaraq, bu faktlar qeydiyyata alınıb. Digər məsələlər üzrə isə 20 subyekt barəsində rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və həmin işlərə baxılması yekunlaşıb. İşlərin ən çox qaldırılma səbəbi 25 əmtəə nişanından qanunsuz istifadə ilə bağlıdır. Bu tendensiya beynəlxalq təcrübədə də özünü göstərir və dünyada üstünlük təşkil edir".

Şöbə müdirinin sözlərinə görə, Azərbaycandakı sahibkarlıq subyektləri öz mallarına ticarət markası və əmtəə nişanı almaqda maraqlıdırlar: "Təbii ki, onlar bu əmtəə nişanlarını öz nüfuzlarını qorumaq üçün əldə edir. Əgər əmtəə nişanından digər təsərrüfat subyektləri qanunsuz istifadə edirsə, bu halda bizə şikayət edirlər. Əmtəə nişanından qanunsuz istifadə ilə bağlı müraciət etməklə yanaşı, həmin subyektlərin mövcud qanunvericiliyə əsasən məhkəmədə iddia qaldırmaq hüquqları da var. Bildiyimiz kimi, dəymiş ziyanın ödənilməsi tələbi məhkəmə qaydasında həyata keçirilməlidir. Rəqabət orqanının qaldırdığı işlərin 18-i əmtəə nişanından qanunsuz istifadə, 5-i isə digər haqsız rəqabət halları üzrə olub. Bu hallara həm istehlakçıların çaşdırılması, həm də haqsız rəqabətin digər formaları daxildir. Ümumilikdə, qeyd etdiyim kimi, Rəqabət Məcəlləsinə əsasən haqsız rəqabətlə bağlı araşdırmalar davam etdirilir".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək