Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Polis bu şəxsləri saxladı -
Polis bu şəxsləri saxladı -
Hadisə

Polis bu şəxsləri saxladı - Gizli cinayətlər üzə çıxdı

Xpress.az Redaksiyası 12.09.2026 12:45

Ölkə ərazisində 45 cinayət açılıb, 114 axtarışda olan şəxs saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 11-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib. 

Həmçinin axtarışda olduğuna görə ümumilikdə 114 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 85-i borclu şəxs qismində axtarışda olub.

Ötən gün narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər də polis əməkdaşları tərəfindən saxlanılıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək