Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti ic...
Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib -
Ana səhifə

Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib - FOTO

Xpress.az Redaksiyası 12.09.2026 16:14

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib. Müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsinə dəstək verilməsi, Böyük Qayıdış prosesində ictimai nəzarətin və iştirakçılığın təmin edilməsi, vətəndaşların müraciətlərinin cavablandırılması və digər məsələlər iclasda ətraflı müzakirə olunub.



Xpress.az Komitəyə istinadla xəbər verir ki, müzakirəyə çıxarılan məsələlərlə bağlı İctimai Şuranın sədri Anar Xəlilovun məlumatı dinlənilib. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına və Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbir Planına əsasən, keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrində daimi məskunlaşdırılması uğurla həyata keçirilir. Şura üzvləri Böyük Qayıdışla bağlı tədbirlərdə fəal iştirak edir, bu prosesin təşkilinin bütün mərhələlərində ictimai rəyi öyrənir, öz ata-baba yurduna geri qayıdan vətəndaşlarla görüşlər keçirirlər.

Vurğulanıb ki, İctimai Şuranın üzvlərinə müraciətlərin operativ qaydada həll edilməsi üçün Dövlət Komitəsinin struktur bölmələrinin rəhbərləri ilə interaktiv əlaqə mövcuddur. Bu cür əməkdaşlıq təkcə Böyük Qayıdışla deyil, ümumilikdə məcburi köçkünlərlə bağlı bütün məsələlərin diqqətdə saxlanılmasına və  vaxtında həll edilməsində əhəmiyyətli rol oynayır.



Dövlət Komitəsinin sədri Rövşən Rzayev İctimai Şuranın üzvləri ilə görüşərək, onlarla səmərəli əməkdaşlığın qurumun öz işini daha da təkmilləşdirməsi, qarşıya qoyulan vəzifələri ictimai iştirakçılıq şəraitində, şəffaf şəkildə yerinə yetirməsi üçün vacib olduğunu qeyd edib. Bildirib ki, Şura üzvləri tərəfindən səsləndirilən təkliflərə, irəli sürülən təşəbbüslərə daim diqqət göstərilir. Böyük Qayıdış prosesində ictimai nəzarətin təşkil edilməsi, keçmiş məcburi köçkünlərlə birbaşa əlaqələrin qurulması və Dövlət Komitəsinə ictimai rəyin çatdırılması Şuranın fəaliyyətinin təqdirəlayiq cəhətidir.

Daha sonra Dövlət Komitəsinin struktur bölmələrinin nümayəndələri ilə İctimai Şura üzvləri arasında fikir mübadiləsi aparılıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək