Hadisə
Köməyə gələn ata ayını yox, oğlunu GÜLLƏLƏDİ
Xpress.az Redaksiyası
12.09.2026 18:01
Rusiyanın Buryatiya Respublikasının Cida rayonunda kişi oğlunu ayının hücumundan xilas etməyə çalışarkən səhvən güllələyib.
Hadisə oğul qoyun sürüsünü meşədən uzaqlaşdırmağa çalışarkən baş verib.
Bu zaman meşədən çıxan ayı çobana hücum edib. O, qışqıraraq kömək istəyib və səsini atası eşidib.
Atası çölə çıxıb, tüfəngi götürüb və ayını qorxutmaq üçün atəş açmağa başlayıb. Oğlunun dayandığı istiqamətə də atəş açıb və onun ayağından yaralanmasına səbəb olub.
Hadisədən sonra yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.