Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Naxçıvanda “unikal” avtobus dayanacaqları -
Naxçıvanda “unikal” avtobus dayanacaqları -
Ana səhifə

Naxçıvanda “unikal” avtobus dayanacaqları - FOTO

Xpress.az Redaksiyası 14.09.2026 11:21

Naxçıvan şəhərində bəzi ünvanlarda müəyyən edilən avtobus dayanacaqları sakinlər arasında narazılığa səbəb olur.

Xpress.az xəbər verir ki, buna səbəb həmin dayanacaqlarda sərnişinlərin gözləməsi, yağıntıdan və günəşdən qorunması, avtobusa təhlükəsiz minib-düşməsi və sərbəst hərəkəti üçün şəraitin olmamasıdır.

Misal üçün, Naxçıvan şəhərinin Xətai küçəsində darısqal piyada səkisinin düz ortasına avtobus dayanacağı işarəsi olan dirək basdırılıb, üzərinə müvafiq işarə bərkidilib.

Nəticədə, onsuz da çox dar olan, faktiki isə mövcud olmayan, norma və standartlardan kənar piyada səkisinin üzəri ilə vətəndaşların hərəkəti tam məhdudlaşdırılıb. Məhz buna görə piyadalar məcburən avtomobil yolunun hərəkət olan hissəsində dayanır, öz həyatlarını və sürücülərin həyatını təhlükəyə ataraq avtobus gözləyirlər.

Xətai məhəlləsində başqa ünvanda müəyyən edilən dayanacaq düz qəbiristanlığın yanındadır. Burada da dayanacaq üçün heç bir şərait yoxdur. Dayanacaq işarəsinin quraşdırıldığı məkanda zibil yeşiyinin yerləşməsi də ayrı mövzudur.

Digər bir anormal avtobus dayanacağı Azərbaycan məhəlləsindədir. Yüksəkgərginlikli elektrik xətti dirəyinin düz altında avtobus dayanacağı müəyyən edilib. Burada da sərnişinlərin gözləməsi, yağışdan və günəşdən qorunması, sərbəst hərəkəti üçün hər hansı şərait yoxdur.

Görünən budur ki, Naxçıvanda aidiyyəti qurumlar üçün avtobus dayanacağı standartı şəhərin şəraitsiz ərazilərində yalnız dayanacaq işarəsi quraşdırmaqdan ibarətdir. Daha bu dayanacaqdan necə və nə cür istifadə ediləcəyi, insanların taleyi, təhlükəsizliyi onları maraqlandırmır. Necə deyərlər, protokol xətrinə iş görürlər.

Təəssüf doğuran digər hal budur ki, aidiyyəti dövlət qurumları bu “mənzərəni” hər gün görsə də heç bir reaksiya vermirlər. Ümid edək ki, məsələ bu qaydada ictimailəşəndən sonra problemin həllinə çarə tapılar.

Zərbəçi

  • MƏKTƏBLİ ÖVLADI OLAN VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

    SUALCAVAB platformasında ŞAGİRDİN BİLİYİNİ ÖYRƏN, TƏHLİL ET VƏ NƏTİCƏ ÇIXAR!

    Platformada qeydiyyatdan keçərək *ELM* promokodundan istifadə etməklə hazırkı kampaniyadan faydalana bilərsiniz. Promokodu ödənişdən əvvəl daxil etdikdə *8 sınaq və 240 sualdan ibarət X8 paketi cəmi 50 qəpiyə* təqdim olunur. 
    Promokod: ELM

    Ətraflı məlumat və istifadə qaydası ilə bağlı SUALCAVAB komandası WhatsApp vasitəsilə sizə dəstək göstərəcək: +994 10 526 82 79 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək