Hadisə
"Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
Xpress.az Redaksiyası
14.09.2026 18:00
DTX tərəfindən saxlanılan Bağırov Məqsəd Məcid oğlu və Bilalov Kamran Ramiz oğlu barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmişdir.
Xpress.az xəbər verir ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə ittiham elan edilib.
Belə ki, Kamran Bilalov və Məqsəd Bağırov cəmiyyətdə dini nifrət və düşmənçilik salınması ilə bağlı əməllərin törədilməsində şübhəli bilinirlər.
Qeyd edək ki, "Çevik" ləqəbli Məqsəd Bağırov bir müddətdir Tiktok platformasında canlı yayımları ilə gündəmə gəlmişdi.