Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Gürcüstanda əsgərlik ŞƏRTLƏRİ:
Gürcüstanda əsgərlik ŞƏRTLƏRİ:
Ana səhifə

Gürcüstanda əsgərlik ŞƏRTLƏRİ: 6 ay xidmət, 560 dollar maaş, “hostel”də gecələmə

Xpress.az Redaksiyası 16.09.2026 11:21

Gürcüstanda bir neçə il əvvəl Türkiyənin birbaşa iştirakı, məsləhətləri ilə ordu sistemi yenidən qurulmağa başlandı. Türkiyəli mütəxəssislər NATO proqramları çərçivəsində qonşu, dost Gürcüstanda yeni qaydalar tətbiq etməyə başladılar.

Beləliklə, Gürcüstanda çağırış yaşı 18-27 yaş arası müəyyənləşib və vətəndaşa seçim imkanı verilib, xidməti ertələmək rüşvətsiz, pulsuz, adi müraciətlə mümkündür, yəni, vətəndaş çağırış zamanı yazılı müraciət edə bilər ki, bu il yox, məsələn, gələn il xidmətə gedəcək, bununla bağlı öhdəlik götürür.

Xidmət 3 yerə bölünüb və vətəndaş özü seçə bilər:

1) Döyüş hazırlığı bölmələrində - cəmi 6 ay xidmət,

2) Başqa nazirlik və qurumlarda (DİN, Fövqəladə hallar və s.) – 8 ay xidmət

3) Hansısa sahədə mütəxəssis, və ya, kiçik rütbəli komandirlər – 12 ay xidmət.

Hər bir əsgər ödənişlə təmin edilir:

1) 6 ay xidmət edənlər ayda 530 lari (195 dollar),

2) 8 ay xidmət edənlər 600 lari (220 dollar),

3) 12 ay xidmət edənlər 1275-1530 lari (470–560 dollar).

Əgər vətəndaş könüllü olaraq əsgərlik üçün müraciət edirsə, ödənişləri 30% artırılır.

Daha bir maraqlı yenilik – bütün əsgərlər öz evlərindən 50 km aralı xidmət edirlər. Əsgərlər həftədə 5 gün xidmət edirlər, şənbə-bazar isə öz evlərinə gedə bilərlər. Əsgərlərin xidmətdən kənar zamanlarında mobil telefon və internetdən istifadələri tam sərbəstdir. Şənbə-bazar evə getməyənlər qaldıqları hissədə idmanla məşğul ola, yemək yeyə, internetdə zaman keçirə bilərlər. Bundan başqa hər bir əsgərin 10 günlük məzuniyyət haqqı da var.

Əsgər gedən hər bir vətəndaşın iş yeri onun üçün saxlanılır, işlədiyi orqan, müəssisə, qurum, firma ona ayrıca bonus da verir.

Əsgərlər 4-8 nəfərlik “hostel” tipli yerlərdə qalırlar, yeməklərini ancaq tenderi udan kənar şirkətlər verir, yemək “İsveç masası” stilində təqdim olunur.

Gürcüstan bu sistemə torpaqları işğal altında olduğu dövrdə belə keçib, 20% ərazisini Rusiya işğal edib.

Torpaqlarını qaytarmış, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanda Ordu islahatlarını daha rahat eləmək olar. Bəzi islahatlar da olub, amma, onları dərinləşdirmək, Orduya ayrılan xərcləri azaldaraq, daha texnoloji və vətəndaşa rahat xidmət sisteminə keçməliyik.

Çağırış sistemi elə Gürcüstana bənzər ola bilər, əsgərin öz evinə yaxın qulluq etməsi, müəyyən vəsait alması və bir çox başqa məsələlər həllini tapmalıdır. Bizim Qəhrəman Ordumuz artıq Türkiyə (NATO) standartlarını mənimsəyib. Amma, məişəti, əsgərə münasibət hələ də sovetdən qalıb...

Natiq CƏFƏRLİ

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək