Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş
Hadisə

Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş – Detallar – VİDEO

Xpress.az Redaksiyası 17.09.2026 09:11

Ötən gün Xırdalanda baş vermiş partlayışın təfərrüatı məlum olub.

Hadisə şahidi baş verənlərlə bağlı açıqlama verib:

“Qızın həyətdə qanlar içində olduğunu gördüm. Əl nahiyəsi ağır zədələnmişdi, qarın və baş nahiyəsindən ciddi xəsarətlər almışdı. Qardaşı onu avtomobilə qoyub xəstəxanaya aparmaq istədi. Xəstəxanaya aparsalar da, artıq yolda dünyasını dəyişmişdi”.

Qonşuların sözlərinə görə, ailənin dörd övladı olub. Xədicə Mustafayeva üç qardaşın bir bacısı idi. Elə həmin əl qumbarasını da qardaşlardan biri müxtəlif yolla əldə edərək evdə gizlədib.

Hadisə baş verən gün Xədicə onu evdə tapıb və ehtiyatsız davranış zamanı da məlum partlayış baş verib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

Qeyd edilib ki, 19 yaşlı Xədicə idmanla məşğul olub. O, kikboksinq idman növü üzrə dəfələrlə müxtəlif turnirlərin qalibi olub.

Daha ətraflı “Baku TV”nin süjetində:

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək