Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Uşağınızın telefonu varsa, bu qaydanı bilməlisiniz...
Uşağınızın telefonu varsa, bu qaydanı bilməlisiniz -
Cəmiyyət

Uşağınızın telefonu varsa, bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ

Xpress.az Redaksiyası 17.09.2026 14:52

Artıq məktəblər başlayıb, valideynləri düşündürən məsələlərdən biri də uşaqların telefon istifadəsidir. Bir tərəfdən dərslə bağlı bir çox şey artıq onlayndır və telefon lazım olur. Digər tərəfdən isə telefon uşağın fikrini dərsdən yayındıra bilər. Bəs məktəblinin telefonu olmalıdır, ya yox? Telefon uşağa nə qədər lazımdır?

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan təhsil eksperti, Politecnico di Torino Universitetinin doktorantı Etibar Vəzirov bildirib ki, telefonun tamamilə qadağan edilməsinin düzgün yanaşma deyil:

“Məncə, bu gün müzakirə “məktəblinin telefonu olmalıdır, ya yox?” sualından daha çox “telefon hansı yaşda, hansı məqsədlə və hansı qaydalarla istifadə edilməlidir?” sualı ətrafında aparılmalıdır. Çünki rəqəmsal texnologiyalar artıq təhsilin bir hissəsidir və telefonu uşağın həyatından tamamilə çıxarmaq nə realdır, nə də müasir təhsil yanaşmasına uyğundur. Pepperoni pizza

Telefon dərs üçün faydalı vasitə ola bilər: şagird elektron resurslardan istifadə edə, müəllimlə əlaqə saxlaya, araşdırma apara və müxtəlif təhsil platformalarından yararlana bilər. Amma burada vacib məqam budur ki, telefon təhsil üçün zəruri vasitə deyil, düzgün istifadə edildikdə faydalı vasitədir. Eyni cihaz sosial şəbəkə, oyun və davamlı bildirişlər səbəbindən diqqətin ən böyük yayındırıcılarından birinə də çevrilə bilər”.

Ekspert məktəbdə telefon istifadəsinin sərbəst deyil, məqsədli olmasının vacibliyini vurğulayıb:

“Ona görə məktəbdə telefon istifadəsi sərbəst deyil, məqsədli olmalıdır. Dərs zamanı müəllim ehtiyac görmürsə, telefon kənarda saxlanılmalı, yalnız konkret tədris fəaliyyəti üçün istifadə edilməlidir. Valideyn nəzarətində də əsas məqsəd uşağın hər addımını izləmək deyil, sağlam rəqəmsal vərdiş formalaşdırmaqdır. Yaşa uyğun ekran vaxtı müəyyənləşdirmək, gecə telefon istifadəsini məhdudlaşdırmaq, sosial şəbəkə və tətbiqlərlə bağlı qaydaları əvvəlcədən razılaşdırmaq daha effektiv yanaşmadır. Yəni problem telefonun özündə deyil, onun nəzarətsiz və məqsədsiz istifadəsindədir. Məqsəd uşağı texnologiyadan uzaqlaşdırmaq deyil, ona texnologiyadan düzgün istifadə etməyi öyrətmək olmalıdır”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?

06.11.2026 12:06 Cəmiyyət

Bakıda həbsxanada dava:

06.11.2026 11:48 Hadisə

Səhiyyə Nazirliyi əhaliyə çağırış edib

06.11.2026 11:23 Sağlamlıq

“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

06.11.2026 10:31 Hadisə

Azərbaycan və Ukrayna Fəaliyyət Planı qəbul edib

06.11.2026 10:25 İqtisadiyyat

Bir neçə rayona qar yağıb -

06.11.2026 09:55 Hadisə

Fatmayıda partlayış olub,

06.11.2026 09:24 Hadisə

Axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib

06.11.2026 09:07 Hadisə

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək