Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Sərnişinlərin səbrini sınayan marşrutlar -
Sərnişinlərin səbrini sınayan marşrutlar -
Cəmiyyət

Sərnişinlərin səbrini sınayan marşrutlar - 193 və 211 nömrəli avtobuslar niyə gecikir?

Xpress.az Redaksiyası 18.09.2026 08:59

Sentyabrın gəlişi ilə sərnişinlərin paytaxtdakı ictimai nəqliyyatla bağlı narazılıqları artmağa başlayıb. Xüsusilə 193 və 211 saylı avtobuslardan istifadə edən sərnişinlər uzun-uzadı avtobus gözləməkdən təngə gəliblər. Bildirilir ki, avtobuslar arasında interval bəzən 30-40 dəqiqəyə çatır.

Səhər saatlarında işə və dərsə tələsən sərnişinlərin bu qədər uzun müddət dayanacaqda gözləməsi isə ciddi narahatlıq yaradır.

İctimai nəqliyyatın əsas məqsədi, xüsusilə də ayrıca avtobus xətləri çəkildikdən sonra vətəndaşların vaxtında mənzil başına çatmasını təmin etmək olduğu halda, belə uzun intervallar haqlı olaraq iradlar doğurur.

Nəzərə alsaq ki, hazırda Bakı Metropoliteninin fəaliyyətində məhdudiyyətlər var, bu da sərnişinləri daha çox yerüstü nəqliyyata yönləndirir. Amma ya avtobusların sayının az olması, bəzən texniki problemlər, bəzən də marşrut xətti üzərində aparılan təmir işləri gecikmələrə səbəb olur.

“BakuBus”-ın mətbuat xidmətindən Bizim.Media-ya bildirildi ki, MMC-nin istismarında olan 211 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ümumilikdə 14 avtobusla təmin edilir və xətt üzrə 14-15 dəqiqəlik intervalla həyata keçirilir.

Günün səhər və axşam pik saatlarında marşrutun keçdiyi Həsən bəy Zərdabi, Əbdülvahab Salamzadə və Fətəli xan Xoyski küçələrində, həmçinin 3-cü mikrorayon dairəsi ərazisində müşahidə edilən nəqliyyat sıxlığı avtobuslararası intervallarda müvəqqəti artıma səbəb ola bilir. 

Pik saatlarda nəqliyyat sıxlığı ilə əlaqədar avtobusların hərəkət intervalında yaranan müvəqqəti dəyişikliklərlə bağlı sərnişinlərdən anlayış göstərmələri xahiş olunur.

Digər 193 saylı avtobusa da anlayış göstərmək məqsədilə onun da gecikmə səbəbini öyrənmək istədik. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) sorğumuza cavab olaraq bildirildi ki, sözügedən avtobus “ÇinarTrans” şirkətinə məxsusdur. Adıçəkilən daşıyıcı şirkətlə isə əlaqə yaratmaq mümkün olmayıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?

06.11.2026 12:06 Cəmiyyət

Bakıda həbsxanada dava:

06.11.2026 11:48 Hadisə

Səhiyyə Nazirliyi əhaliyə çağırış edib

06.11.2026 11:23 Sağlamlıq

“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

06.11.2026 10:31 Hadisə

Azərbaycan və Ukrayna Fəaliyyət Planı qəbul edib

06.11.2026 10:25 İqtisadiyyat

Bir neçə rayona qar yağıb -

06.11.2026 09:55 Hadisə

Fatmayıda partlayış olub,

06.11.2026 09:24 Hadisə

Axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib

06.11.2026 09:07 Hadisə

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək