Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm “Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən a...
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
Gündəm

“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”

Xpress.az Redaksiyası 18.09.2026 11:06

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev və onunla əlaqəli şəxslərlə bağlı daha bir məsələ məhkəmə müstəvisinə keçib.

Gəncədə fəaliyyət göstərən Yeni Gəncə Tibb Mərkəzinin aid olduğu “İntermedservis” MMC-nin təsisçisi və direktoru Nərminə Səfərova “Qafqazinfo”ya müraciət edərək sahibi olduğu mülkiyyətin zorla əlindən alındığını bildirib.

Sahibkar iddia edib ki, 9 il əvvəl ailəsinin yaratdığı klinika faktiki olaraq zorla onların nəzarətindən çıxarılıb, müəssisənin əsas yaradıcısı olan həyat yoldaşı S.Allahverdiyev idarəetmədən uzaqlaşdırılıb, özü isə payçı kimi şirkətin fəaliyyəti və maliyyə vəziyyəti barədə məlumat almaq imkanından məhrum edilib:

“2017-ci ilin aprelində İlham Əliyev “qoçuları” ilə klinikaya gəlib, direktor otağının qıfılını qırıb, S.Allahverdiyevi müəssisədən uzaqlaşdırıblar. Bundan sonra biz 2025-ci ilin noyabrınadək klinikanın real idarəçiliyindən kənarda saxlanıldıq, uzun illər öz hüquqlarımızı bərpa edə bilmədik. Əlbəttə, bu, İlham Əliyevin qayınatası Ramiz Mehdiyevin malik olduğu siyasi və inzibati nüfuzun mümkün təsiri ilə olub”.

Nərminə Səfərovanın bildirdiyinə görə, vəziyyət 2025-ci ilin noyabrında dəyişib:

“Təxminən səkkiz ildən sonra mən yenidən klinikaya dəvət olundum və müəssisənin idarəçiliyi faktiki olaraq bizə geri qaytarıldı. Lakin bu zaman biz ağır vəziyyətə düşmüş müəssisə ilə qarşılaşdıq. Belə ki, əvvəlki idarəçilik dövründən klinikaya 600 min manatdan artıq borc, 100 minlərlə həcmdə vergi öhdəlikləri və ciddi maddi-texniki problemlər qalıb.

Bununla belə klinikanı yenidən ayağa qaldırmağa, tibbi xidmətin keyfiyyətini yüksəltməyə, əmək münasibətlərini tam rəsmiləşdirməyə və normal sahibkarlıq fəaliyyəti göstərərək dövlət qarşısında vergi öhdəliklərini yerinə yetirməyə çalışırıq. Buna baxmayaraq, əvvəlki illərdə yaranmış borc və öhdəliklər müəssisənin normal fəaliyyətinə ciddi maneə yaratmaqdadır.

Şikayətçi bildirib ki, onlara milyonlarla manat dəyərində maddi-mənəvi ziyan vurulub. Klinikanı geri aldıqdan sonra orada lisenziyalı audit şirkəti tərəfindən yoxlama aparılıb.

“Bizə bu müddətdə 3.8 milyon manatdan artıq dividend ödənilməyib. Həmçinin işçilər və digər tərəfdaşların adına 600 min manata yaxın borc yığılıb.

Klinikanın avadanlıqlarına baxım olmadığı üçün bir çox əhəmiyyətli cihazlar yararsız hala düşüb və ya oğurlanıb. Yığılmış vergi borcu isə yarım milyon manat həddindədir. Bina da bu müddətdə baxımsız qalıb, tamamilə amortizasiya olub, nəqliyyat vasitələri sıradan çıxıb. Maddi-texniki bazaya da təxminən milyon yarım manatlıq zərər vurulub.

Audit zamanı 2023–2025-ci illərlə bağlı 100 minlərlə manatlıq şübhəli elektron qaimələr, nağdlaşdırma əməliyyatları və böyük həcmdə silinmiş xidmətlərə dair faktlar müəyyən edilib. Biz auditin nəticələrini və digər sənədləri aidiyyəti dövlət və hüquq-mühafizə orqanlarına təqdim etməyi düşünürük. Bütün bu hallara hüquqi qiymət verilməlidir.

Eyni zamanda artıq başlamaqda olan məhkəmə proseslərində məni faktiki olaraq payımdan məhrum edən digər 3 payçı - İlham Əlisəftər oğlu Əliyev, Fərid Akif oğlu Sadıqov və Səftər Fikrət oğlu Əliyev də cavab verməli olacaq. Onlar tərəfindən müəssisədəki payımdan necə məhrum edildiyimi, müəssisənin həmin illərdə necə idarə olunduğunu və 100 minlərlə manatlıq borcların hansı şəraitdə yarandığı məsələləri bir-bir qaldırılacaq. Məhkəmə və digər hüquqi proseslər irəlilədikcə, indiyədək ictimaiyyətə məlum olmayan sənədlər və faktları da mərhələli şəkildə açıqlayacağıq”, - o əlavə edib.

  • MƏKTƏBLİ ÖVLADI OLAN VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

    SUALCAVAB platformasında ŞAGİRDİN BİLİYİNİ ÖYRƏN, TƏHLİL ET VƏ NƏTİCƏ ÇIXAR!

    Platformada qeydiyyatdan keçərək "ELM" promokodundan istifadə etməklə hazırkı kampaniyadan faydalana bilərsiniz. Promokodu ödənişdən əvvəl daxil etdikdə istənilən paket 20% endirim ilə təqdim olunur. Promokod: ELM

    Ətraflı məlumat və istifadə qaydası ilə bağlı SUALCAVAB komandası WhatsApp vasitəsilə sizə dəstək göstərəcək.
  • www.sualcavab.com
    WhatsApp: +994 10 526 82 79
  • Instagram: onlayn_sualcavab

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Sənədsiz evlər rəsmiləşdiriləcək, qanunsuz ərazilərdə tikilənlər söküləcək

18.09.2026 11:26 Cəmiyyət

DİQQƏT! Formula 1 zamanı paytaxt yollarında hərəkət rejimi

18.09.2026 10:42 Formula-1

DTX 5 ölkədə antiterror əməliyyatı keçirib,

18.09.2026 10:27 Hadisə

Bu gün Milli Musiqi Günüdür

18.09.2026 09:03 Mədəniyyət

Sərnişinlərin səbrini sınayan marşrutlar -

18.09.2026 08:59 Cəmiyyət

ADNSU-nun PR və marketinq rəhbəri beynəlxalq “Stevie” mükafatı finalçısı seçilən ilk azərbaycanlı jurnalist olub

17.09.2026 17:54 Gündəm

Tarixi həqiqət, milli irs və ərazi bütövlüyü:

17.09.2026 17:46 Ana səhifə

Maddi və qeyri-maddi mədəni irsin UNİKAL NÜMUNƏSİ:

17.09.2026 17:22 Ana səhifə

DİQQƏT! Bu məhsullar bazardan yığışdırılır

17.09.2026 17:19 Cəmiyyət

Cəmi 4 gün iş olmayacaq -

17.09.2026 17:05 Cəmiyyət

Gömrük Komitəsi 8 ədəd avtomobil alır

17.09.2026 15:55 Cəmiyyət

“Baku Digital” şirkəti cərimələndi -

17.09.2026 15:30 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək