Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Vaşinqtondan İrəvana ŞOK dəstək
Vaşinqtondan İrəvana ŞOK dəstək
Cəmiyyət

Vaşinqtondan İrəvana ŞOK dəstək

Xpress.az Redaksiyası 21.09.2026 12:51

Birləşmiş Ştatların Ermənistanın silahlı qüvvələrində genişmiqyaslı islahatlar aparmaqda və ordunun transformasiyasında ona açıq şəkildə hərbi dəstək göstərəcəyini bəyan etməsi regionda gərginliyi maksimum həddə çatdırıb. İrəvanda keçirilən növbəti Ermənistan-Amerika müdafiə məsləhətləşmələri zamanı ABŞ müdafiə nazirinin müavini Endryu Lumis tərəfindən səsləndirilən bu iddialı açıqlamalar rəsmi Vaşinqtonun Cənubi Qafqazda yeni hərbi-siyasi maraqlar güddüyünü açıq şəkildə nümayiş etdirir. Sentyabrın 18-də baş tutan qapalı görüşdə tərəflər ikitərəfli hərbi əməkdaşlıq proqramlarını müzakirə ediblər və Lumis bildirib ki, Birləşmiş Ştatlar Ermənistan ordusunun yenidən qurulması üçün məsləhət proqramları, hərbi təcrübə mübadiləsi və müxtəlif transformasiya layihələrini intensiv şəkildə davam etdirəcək. Hətta məsləhətləşmələrdən dərhal sonra hər iki ölkənin nümayəndə heyətlərinin bu istiqamətdə xüsusi protokol imzalaması diqqətdən yayınmayıb. Bəs Vaşinqtonun İrəvanı açıq şəkildə silahlandırması və ordu quruculuğuna dəstək verməsi fonunda ABŞ Bakı ilə də analoji hərbi məsləhətləşmələr aparırmı, yoxsa qardaş Türkiyə kimi güclü müttəfiqin olduğu bir coğrafiyada Azərbaycanın ümumiyyətlə belə "yardımlara" ehtiyacı yoxdur?

Məsələ ilə bağlı NOCOMMENT.az-a açıqlama verən tanınmış hərbi ekspert Ramil Məmmədli qeyd edib ki, ABŞ-nin Ermənistan ordusunda islahat adı altında həyata keçirdiyi bu fəaliyyətlər regionda sülhə deyil, əksinə, yeni eskalasiyalara xidmət edir və Vaşinqtonun Cənubi Qafqazda gərginlik ocağı saxlamaq siyasətinin tərkib hissəsidir:

"ABŞ-nin Ermənistanın hərbi potensialını artırmağa çalışması və ordu quruculuğuna dəstək verməsi heç də təsadüfi deyil; bu, İrəvanı gələcəkdə yeni təxribatlara həvəsləndirmək məqsədi daşıyır. Vaşinqton yaxşı başa düşür ki, məğlub Ermənistan ordusunun modernləşdirilməsi adı altında həyata keçirilən bu addımlar bölgədə qüvvələr balansını pozmağa və Azərbaycanı təzyiq altında saxlamağa hesablanıb. Lakin rəsmi Bakı üçün bu cür kənar müdaxilələr heç bir hərbi təhlükə yaratmır. Azərbaycanın özündə peşəkar, qüdrətli və döyüş təcrübəsinə malik müzəffər ordusu var, üstəgəl, dünyanın ən güclü hərbi qüvvələrindən biri olan qardaş Türkiyə ilə strateji müttəfiqlik münasibətlərimiz mövcuddur. Türkiyə kimi qüdrətli qardaş dövlətin dəstəyinin və öz gücümüzün olduğu yerdə Azərbaycanın kənar dövlətlərin şübhəli hərbi məsləhətlərinə və ya yardımlarına heç bir ehtiyacı yoxdur".

Ekspertin sözlərinə görə, ABŞ-nin Azərbaycanla Ermənistana yanaşmasında hər zaman dərin ikili standartlar mövcud olub və Vaşinqton heç vaxt rəsmi Bakı ilə Ermənistana göstərdiyi kimi birtərəfli hərbi dəstək xarakterli məsləhətləşmələr aparmayıb:

"Azərbaycan hər zaman müstəqil xarici və hərbi siyasət yürüdüb, öz təhlükəsizliyini daxili resursları və qardaş Türkiyə ilə qırılmaz hərbi əməkdaşlıq çərçivəsində təmin edib. ABŞ-nin İrəvanda imzaladığı hərbi protokollar və göstərdiyi dəstək isə əslində Ermənistanı növbəti dəfə böyük geosiyasi oyunların qurbanına çevirməkdir. Azərbaycan ordusu regionda istənilən təhdidin qarşısını dərhal almaq qüdrətindədir və Qərbin bu cür birtərəfli addımları reallığı dəyişə bilməz".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?

06.11.2026 12:06 Cəmiyyət

Bakıda həbsxanada dava:

06.11.2026 11:48 Hadisə

Səhiyyə Nazirliyi əhaliyə çağırış edib

06.11.2026 11:23 Sağlamlıq

“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

06.11.2026 10:31 Hadisə

Azərbaycan və Ukrayna Fəaliyyət Planı qəbul edib

06.11.2026 10:25 İqtisadiyyat

Bir neçə rayona qar yağıb -

06.11.2026 09:55 Hadisə

Fatmayıda partlayış olub,

06.11.2026 09:24 Hadisə

Axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib

06.11.2026 09:07 Hadisə

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək