Üç gün əvvəl döyülən 16 yaşlı Emil xəstəxanada VƏFAT ETDİ
Lənkəranda döyülmə nəticəsində ağır xəsarət alan 16 yaşlı yeniyetmə xəstəxanada dünyasını dəyişib.
3 gün əvvəl kənd sakini, 16 yaşlı Emil İbadov tanışları ilə yaranan mübahisə zamanı döyülüb. Hadisə nəticəsində baş nahiyəsindən ağır xəsarət alan yeniyetmə təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Kəllədaxili travma şübhəsi ilə reanimasiya şöbəsinə yerləşdirilən E.İbadov süni tənəffüs aparatına qoşulub. Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Yeniyetmə reanimasiya şöbəsində dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə İ.B. polis əməkdaşları tərəfindən saxlanılıb.