Hadisə
Bakıda restoranda MEYİT TAPILDI
Xpress.az Redaksiyası
21.09.2026 17:35
Bakıda restorandan meyit tapılıb.
Oxu.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda baş verib.
Sentyabrın 20-si saat 12 radələrində Bakı şəhər sakini 1962-ci il təvəllüdlü Bəxtiyar Musa oğlu Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti mühafizəçi işlədiyi iaşə müəssisəsində aşkarlanıb.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.