Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə "EFE"nin direktoru və keçmiş bağça müdirini aldada...
"EFE"nin direktoru və keçmiş bağça müdirini aldadan şəxslərdən xəbər var
Hadisə

"EFE"nin direktoru və keçmiş bağça müdirini aldadan şəxslərdən xəbər var

Xpress.az Redaksiyası 24.09.2026 09:03

Bakıda dələduzluqda təqsirləndirilən Elçin Xakiyev və onun tanışı Ceyhun Rzayevin barəsindəki qərardan kassasiya şikayəti verilib.

 Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Zaur Hüseynovun sədrliyi ilə araşdırılacaq.

 Qeyd: Məlumata görə, Bakıda fəaliyyət göstərən "EFE" Hazırlıq Kurslarının təsisçisi və direktoru Elnarə Bəybalayeva həyat yoldaşı Emin Bəybalayevi hüquq-mühafizə orqanlarına işə düzəltdirmək istəyib. Bunun müqabilində isə 40 000 manat pul verib. Sonradan məlum olub ki, həyat yoldaşının işə düzəldilməsi üçün 40 000 manat alan şəxslər onu aldadıblar.

 Hüquq-mühafizə orqanlarına şikayətdən sonra dələduzluqda şübhəli bilinən Elçin Xakiyev və Ceyhun Rzayev saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilib.

 İş materiallarından aydın olur ki, Elçin Xakiyev 312 saylı körpələr evi-uşaq bağçasının müdiri olmuş Laləzar Novruzovaya da qarşı dələduzluq edib.

 Laləzar Novruzova məhkəmədə bildirib ki, Elm və Təhsil Nazirliyi müdiri olduğu bağçada yoxlama aparıb. Yoxlamanın nəticəsi olaraq ona öz ərizəsi ilə işdən çıxmaq təklif olunub. Elçin Xakiyev isə Laləzar Novruzova bu məsələni həll edəcəyini bildirib. Bunun müqabilində isə ondan 12 000 manat alıb.

 Səbail Rayon Məhkəməsinin hökmü ilə Elçin Xakiyev 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Digər təqsirləndirilən şəxs isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün 1 günə 2 gün hesabı ilə təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək