Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə 2030-cu ilə qədər 8 milyon turist hədəfi -
2030-cu ilə qədər 8 milyon turist hədəfi -
Ana səhifə

2030-cu ilə qədər 8 milyon turist hədəfi - MÜSAHİBƏ + VİDEO

Xpress.az Redaksiyası 25.09.2026 21:52

“Mir Şahinin Vaxtı”nın yeni buraxılışının qonağı Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev olub.

Xpress.az xəbər verir ki, müsahibədə Azərbaycanda turizmin inkişafına dair 2026-2030-cu illər üzrə dövlət proqramı, yeni turizm hədəfləri, viza rejiminin sadələşdirilməsi, birbaşa uçuşların artırılması, sahibkarlara investisiya və subsidiya mexanizmləri, turizmdə kadr çatışmazlığı, qış və sağlamlıq turizminin gələcəyi müzakirə olunub.

DTA sədri Fuad Nağıyev bildirib ki, qarşıdakı mərhələdə vizasız səfər imkanlarının genişləndirilməsi, yeni aviaşirkətlərin bazara cəlb olunması və regionlara nəqliyyat əlçatanlığının yaxşılaşdırılması əsas istiqamətlərdəndir.

Müsahibədə turizm sektorunda sahibkarlar üçün investisiya və subsidiya mexanizmlərinin genişləndirilməsinin planlaşdırıldığı qeyd olunub. Vurğulanıb ki, kadr məsələsi də əsas mövzulardandır.

Müsahibin sözlərinə görə, 2023-cü ildə turizm ixtisasları üzrə təxminən 2000 nəfər məzun olduğu halda, il ərzində 8000-dən çox yeni iş yeri yaranıb və mövcud tələbatın yalnız 25%-i ixtisaslı kadrlarla təmin olunub.

Qış turizminin inkişafı, Şahdağ, Tufandağ, Ağbulaq və gələcəkdə Kəlbəcər istiqamətində potensial imkanların diqqət mərkəzində olduğu xatırladılıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək