Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə İlham Əliyev BXSF prezidenti ilə görüşüb -
İlham Əliyev BXSF prezidenti ilə görüşüb -
Ana səhifə

İlham Əliyev BXSF prezidenti ilə görüşüb - FOTO

Xpress.az Redaksiyası 26.09.2026 16:41

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb.

Xpress.az President.az-a istinadla xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə, o cümlədən qış idman növü üzrə yarışlara uğurla ev sahibliyi etdiyi xatırlanaraq, bu xüsusda Bakıda keçirilən Formula 1 yarışlarının da yüksək səviyyədə təşkil olunduğu vurğulandı.

Azərbaycanda müasir qış-xizək infrastrukturunun yaradıldığı qeyd edildi, Beynəlxalq Xizək və Snoubord Federasiyasının xətti ilə “Şahdağ” Turizm Mərkəzində bir sıra nüfuzlu yarışların keçiriləcəyi vurğulandı.

Ötən il Azərbaycanın Dövlət Turizm Agentliyi ilə Beynəlxalq Xizək və Snoubord Federasiyası arasında tərəfdaşlıq haqqında imzalanmış müqavilənin ölkəmizdə qış turizmi və qış idman növləri üzrə potensialın inkişaf etdirilməsi baxımından rolu qeyd olundu.

Görüşdə ölkəmizlə Federasiya arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək