Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Hava ilə bağlı XƏBƏRDARLIQ:
Hava ilə bağlı XƏBƏRDARLIQ:
Ana səhifə

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Xpress.az Redaksiyası 26.09.2026 19:21

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Xpress.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, 29-u gecə saatlarında yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eyni zamanda Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək