Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Prezident Pirallahı Sənaye Parkında dərman istehsa...
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak etdi (FOTO)
Cəmiyyət

Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak etdi (FOTO)

Xpress.az Redaksiyası 05.10.2026 11:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib.

Əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına sənaye zonaları və Pirallahı Sənaye Parkının fəaliyyəti barədə məlumat verdi.

Qeyd edək ki, Pirallahı Sənaye Parkı Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmanla yaradılıb. Əsas məqsəd əczaçılıq sənayesini inkişaf etdirmək və dəstəkləmək, əczaçılıq məhsulları üzrə idxaldan asılılığı azaltmaq, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsində yerli istehsalın təşviqi və istehsal sahəsində məşğulluğu artırmaqdır. Pirallahı Sənaye Parkında 6 rezident qeydiyyatdan keçib.

Hazırda ölkəmizdə 8 sənaye parkı - Sumqayıt Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Ağdam Sənaye Parkı, Hacıqabul Sənaye Parkı, “Araz Vadisi İqtisadi Zonası”, Balaxanı Sənaye Parkı fəaliyyət göstərir. Bu il Naxçıvan Sənaye Parkının təməli qoyulub, zəruri infrastrukturun yaradılması istiqamətində iş aparılır. Həmçinin Gəncə şəhərinin və Şəmkir rayonunun inzibati ərazilərini əhatə edəcək Qərb Sənaye Parkında zəruri infrastrukturun yaradılması üçün layihələndirmə işləri görülür.

“Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin təsisçisi Abidin Gülmüş müəssisə barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, bu müəssisəyə 2023-cü ildə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib. Təsisçilər Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi A.Ş.” şirkəti (66%), İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) (29%) və Türkiyənin “SİA Pharmaceuticals” şirkətidir (5%). Ümumi dəyəri 113,9 milyon manat olan layihənin maliyyələşdirilməsində özəl investisiya ilə yanaşı, Azərbaycan Biznesinin İnkişafı Fondunun 13,2 milyon manat investisiyasından, 10 milyon manat isə güzəştli kredit vəsaitindən istifadə edilib. Sənaye Parkının rezidenti kimi müəssisə 7 milyon manatdan çox ƏDV və gömrük rüsumlarından azad olunub.

Ərazisi 5,2 hektar olan müəssisənin illik istehsal gücü 60 milyon qutu dərman, o cümlədən 2,5 milyard tablet və kapsul təşkil edir. Burada kardiologiya, nevrologiya, urologiya, diabetologiya, qastroenterologiya, ağrıkəsici, antibiotiklər və digər dərmanlar istehsal olunacaq.

Müəssisənin inkişaf perspektivlərinə istehsalın artırılması, 5 il ərzində 500-dən artıq preparatın istehsalının lokallaşdırılması, daxili tələbatın maksimum dərəcədə qarşılanması və ixrac coğrafiyasının genişləndirilməsi daxildir.

Zavodda ABŞ, Yaponiya, Almaniya, İsveçrə, Çin, Danimarka, İsveç və Türkiyənin aparıcı şirkətlərinin istehsalı olan avadanlıq quraşdırılıb ki, bu da yüksək beynəlxalq standartlara uyğun dərman vasitələrinin istehsalına imkan verir. Məhsulların daxili bazara satılması ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər xarici ölkələrə ixracı da nəzərdə tutulur.

Burada 178 nəfər daimi işlə təmin ediləcək.

Müəssisə fəaliyyətində təhsil və elmi əməkdaşlığa da yer ayırıb. Belə ki, burada Qarabağ Universiteti və Azərbaycan Tibb Universiteti üçün rəsmi tədris bazası yaradılıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı

05.10.2026 19:36 Təhsil

Bakıda məktəbli qətlə yetirilib,

05.10.2026 18:00 Hadisə

Görkəmli xalçaçı-rəssam və alim Lətif Kərimovun anadan olmasının 120 illiyi qeyd edilir

05.10.2026 17:47 Mədəniyyət

Xüsusi təyinatlılarımız Pakistanda təlimlərdə iştirak edib -

05.10.2026 17:41 Gündəm

Rusiya Xarkovu vurdu:

05.10.2026 17:11 Dünya

Bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək -

05.10.2026 16:53 Cəmiyyət

İlham Əliyev cüdo üzrə dünya çempionatının açılışını izləyib

05.10.2026 16:43 Siyasət

Ad günündə özünə bahalı “Ferrari” hədiyyə etdi

05.10.2026 16:25 İdman

Bakıda torpaq sahələrinin qiyməti 17 % artıb -

05.10.2026 16:05 İqtisadiyyat

Siyəzəndə narkotiklə bağlı 14 nəfər tutulub

05.10.2026 15:51 Hadisə

Tanınmış aktyor vəfat etdi

05.10.2026 15:04 Dünya

Beynəlxalq Müəllimlər Günü Mingəçevir Dövlət Universitetində yeni tədris imkanları ilə qeyd olunub: Rəqəmsal Mühəndislik və “MathStage” laboratoriyalarının açılışı olub

05.10.2026 13:51 Təhsil

Tibb üzrə Nobel mükafatı laureatları məlum olub

05.10.2026 13:40 Gündəm

İlham Əliyev Malayziyaya səfərə dəvət olunub

05.10.2026 13:23 Siyasət

Tarixin səssiz qadınları: Meri Anderson və Şarlotta Bridqvud -

05.10.2026 13:14 Maraqlı

Sabah Bakıya yağış yağacaq

05.10.2026 12:50 Cəmiyyət

İlham Əliyev Avstriya səfirini qəbul edib

05.10.2026 12:23 Siyasət

İsraildə bayraqlar yarıya endirildi

05.10.2026 11:32 Dünya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək