Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Bu kənddə "Turistik kənd" konsepsiyasına uyğun inf...
Bu kənddə "Turistik kənd" konsepsiyasına uyğun infrastruktur yaradılır -
Ana səhifə

Bu kənddə "Turistik kənd" konsepsiyasına uyğun infrastruktur yaradılır - AÇIQLAMA + FOTO

Xpress.az Redaksiyası 07.10.2026 12:41

"İsmayıllı rayonunun İvanovka kəndində bərpa və quruculuq işlərinə hazırlıq çərçivəsində layihələndirmə işləri həyata keçirilir".

Xpress.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Basqal qəsəbəsinə təşkil etdiyi mediatur çərçivəsində Agentliyin Mədəni irsin idarə edilməsi sektorunun müdiri Rüstəm Mehtizadə jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda regionların və turizm məhsullarının inkişafı prioritet istiqamət kimi müəyyən olunub: "Agentliyin "Turistik kənd" konsepsiyası çərçivəsində respublikada 8 kənd seçilib. Qusarın Laza, Qubanın Qrız, Qaxın İlisu və Sarıbaş, Qəbələnin Duruca, İsmayıllının İvanovka, Lerikin Bibiyani və Astaranın Sım kəndi konsepsiyasına uyğun turizm infrastrukturu layihəsinə daxil edilib. Layihənin əsas məqsədi regiona turist cəlb etməklə yanaşı, turizmdən əldə olunan gəlirlərin birbaşa yerli icmalara yönəldilməsini və onların inkişafına xidmət etməsini təmin etməkdir".

R.Mehtizadənin sözlərinə görə, həmin 8 kənddən biri - İvanovkaya səfər edən turistlər qonaqlama, yerləşmə və qidalanma xidmətlərindən yararlanacaq: "Bununla icma əsaslı turizmin inkişafına təkan verilməsi planlaşdırılır. Sözügedən kəndlərdə xidmət keyfiyyətinin artırılması istiqamətində də kənd qonaq evlərinin sahiblərinə təlimlər həyata keçirilir. Təlimlərin əsas məqsədi xidmət keyfiyyətinin artırılmasıdır. Belə ki, turistlərin necə qarşılanması, yola salınması, onlarla davranış qaydaları, eyni zamanda xarici dil biliklərinin artırılması istiqamətində də təlimlərin verilməsi planlaşdırılır".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək