Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Bu ilin 9 ayında "Lahıc" qoruğunu ziyarət edənləri...
Bu ilin 9 ayında "Lahıc" qoruğunu ziyarət edənlərin
Ana səhifə

Bu ilin 9 ayında "Lahıc" qoruğunu ziyarət edənlərin SAYI AÇIQLANDI - FOTO

Xpress.az Redaksiyası 08.10.2026 11:46

"Bu ilin yanvar-sentyabr aylarında "Lahıc" Dövlət Tarix-Mədəniyyət Qoruğunu 120 mindən çox turist ziyarət edib".

Xpress.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin İsmayıllı rayonunun Lahıc qəsəbəsinə təşkil etdiyi mediatur çərçivəsində Qoruğun direktoru Nəzər Əliyev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, ziyarətçilərin 26 mindən çoxunu xarici turistlər təşkil edib: "Bizdə gündəlik statistika aparılır və məlumatlar hər gün Dövlət Turizm Agentliyinə təqdim olunur. Qoruğu ziyarət edənlərin çoxu xarici turistlərdir. Xarici qonaqlar əsasən yaz və payız aylarında üstünlük təşkil edirlər. Ən çox turist isə Avstraliya və İsraildən gəlir. Hər gün bu ölkələrdən 2-3 tur qrupu qoruğa baş çəkir".

Direktorun sözlərinə görə, gələn turistlərin böyük hissəsi yaşlı insanlardır: "Ərazimiz böyükdür, onun 80 hektarı qoruğun ərazisidir, yəni tarixən formalaşmış hissəsidir. 100-ə qədər tarix-mədəniyyət abidələrimiz dövlət siyahısına alınıb, dövlət tərəfindən qorunur".

N. Əliyev qeyd edib ki, Lahıca gələn turistlər qoruğun tarixi, əhalinin məşğuliyyəti və məişəti ilə yaxından maraqlanırlar: "Belə ki, yerli əhalinin yaşayış şəraitini görmək, evlərinə baxmaq istəyirlər. Bu gün Lahıcda həm qədimilik, həm də müasirliyin vəhdəti var. Qoruq ərazisində mehmanxanalar və ev turizmi üçün lazımi şərait yaradılıb. Qonaqlar, həmçinin milli mətbəximizlə, xüsusilə yarpaq dolması kimi təamlarla tanış olmağa böyük maraq göstərirlər".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək