Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Mərmərə dənizində zəlzələ
Mərmərə dənizində zəlzələ
Dünya

Mərmərə dənizində zəlzələ : İstanbulda da hiss edildi

Xpress.az Redaksiyası 11.10.2026 20:55

Mərmərə dənizində növbəti yeraltı təkan qeydə alınıb.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələnin mərkəzi Yalova sahilləri olub. Təkanlar İstanbul və ətraf vilayətlərdə də hiss edilib.

AFAD yeraltı təkanların gücünü 2,9 bal, dərinliyini isə 7,96 kilometr olaraq açıqlayıb. Kandilli Rəsədxanası isə zəlzələnin böyüklüyünü 3,0 bal gücündə ölçüb.

İki gün ard-arda Mərmərə dənizində sarsıntı qeydə alınıb. Bundan bir gün əvvəl də eyni bölgədə 3,5 bal gücündə zəlzələ baş vermişdi.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək