Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Pensiyalarla bağlı diqqətçəkən məqam ortaya çıxdı...
Pensiyalarla bağlı diqqətçəkən məqam ortaya çıxdı –
Cəmiyyət

Pensiyalarla bağlı diqqətçəkən məqam ortaya çıxdı – Dəyişiklik ola bilər

Xpress.az Redaksiyası 15.10.2026 11:08

Azərbaycanda qadınların gələcək pensiya təminatı ilə bağlı bir sıra suallar yaranıb. Əməkhaqqı fərqi, iş stajındakı fasilələr və qeyri-rəsmi məşğulluq pensiya kapitalına təsir edən amillər sırasındadır. Bu fonda 2026-cı ilin ilk 9 ayının statistikası da diqqət çəkir. Belə ki, yaşa görə əmək pensiyası təyin edilən şəxslərin 60,45 faizini kişilər, 39,55 faizini isə qadınlar təşkil edib.

Qadınların ev işlərinə və uşaq böyütməyə sərf etdiyi illər pensiya hesablanarkən nəzərə alına bilərmi? Yaxud qadınların pensiya təminatını yaxşılaşdırmaq üçün qanunvericilikdə hansı dəyişikliklərə ehtiyac var?

Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, Azərbaycanda həm qadınların, həm də kişilərin yaşa görə əmək pensiyası alması üçün tələb olunan pensiya kapitalını toplaması ilə bağlı problemlər var:

“Əmək fəaliyyəti dövründə kifayət qədər pensiya kapitalı formalaşmadıqda, şəxsin əmək pensiyası hüququ ilə bağlı çətinliklər yaranır. Tələblər və tələb olunan məbləğ artdıqca insanların bu kapitalı toplaması da çətinləşir. Son qərara əsasən, məcburi dövlət sosial sığorta haqlarının pensiya kapitalının formalaşmasına yönəldilən hissəsi 90 faizdən 85 faizə endirilib. Bu da kapitalın yığılmasına təsir göstərən amillərdən biridir. Bu məsələdə əməkhaqqının məbləği də mühüm rol oynayır. Yüksək əməkhaqqı alan şəxslər daha çox sosial sığorta haqqı ödədikləri üçün pensiya kapitalını daha asan formalaşdırırlar. Qeyri-rəsmi məşğulluq isə sosial sığorta haqlarının ödənilməməsinə və nəticədə pensiya kapitalının yığılmamasına səbəb olur”.

İqtisadçı bildirib ki, əmək stajında yaranan fasilələr də pensiya kapitalının formalaşmasını ləngidir:

“Bu problem hər iki cinsə aid olsa da, təbii səbəblərdən qadınlarda daha çox müşahidə olunur. Təqdim olunan statistikada da bu məqamlar öz əksini tapır. Qadınların orta əməkhaqqının aşağı olması və iş stajında fasilələrin yaranması onların pensiya təminatına mənfi təsir göstərir. Qadınların ev işlərinə və uşaq böyütməyə sərf etdikləri vaxtın pensiya təyin edilərkən nəzərə alınması məsələsi də müzakirə olunur. Bu, xüsusilə əmək fəaliyyətindən uzun müddət kənarda qalan və özünü uşaqların böyüdülməsinə həsr edən qadınların gələcək sosial müdafiəsi baxımından əhəmiyyətlidir. Müxtəlif ölkələrdə bu sahədə fərqli təcrübələr mövcuddur. Bəzi ölkələrdə daha məhdud, digərlərində isə daha geniş mexanizmlər tətbiq edilir. Azərbaycanda əmək pensiyası alanların təxminən 40 faizini qadınlar, 60 faizini isə kişilər təşkil edir. Halbuki qadınların orta ömür müddəti daha uzun olduğundan pensiya yaşına çatanlar arasında onların payı daha yüksəkdir. Bu fərqin səbəblərindən biri əvvəlki qanunvericilikdə kişilərin daha gec pensiyaya çıxması, qadınların isə nisbətən erkən pensiya yaşına çatmasıdır. Mövcud pensiyaçıların say bölgüsündə əvvəlki qanunvericiliyin təsiri də qalır. Bununla yanaşı, qadınların bir qisminin evdar olması, əməkhaqlarının azlığı və iş stajında fasilələrin yaranması da əmək pensiyası alanların ümumi sayında onların payına təsir edir”.

İqtisadçı qeyd edib ki, hazırkı qanunvericilikdə ev işlərinə və uşağa qulluğa sərf edilən vaxt ümumi qaydada sığorta stajına daxil edilmir:

“Əlilliyi olan uşağa qulluqla bağlı müəyyən dövrlər sığorta stajı kimi nəzərə alınır. Lakin sığorta stajı ilə pensiya kapitalı fərqli anlayışlardır. Sığorta stajı pensiya hüququnun yaranması üçün əhəmiyyət daşıyır, pensiya kapitalı isə gələcək pensiyanın məbləğinə təsir göstərir. Buna görə də yalnız sığorta stajının nəzərə alınması kapitalın formalaşması problemini tam həll etmir. Pensiya təminatının yaxşılaşdırılması üçün uşağa qulluq dövrlərinin müəyyən yaş həddinədək, məsələn, 10 yaşa qədər və ya ilkin mərhələdə daha qısa müddət üzrə nəzərə alınması təklif edilə bilər. Digər variant həmin şəxslər üçün pensiya əlavəsinin müəyyənləşdirilməsidir. Belə mexanizmlər tətbiq olunarsa, uşağa qulluq dövrlərinin sığorta stajına daxil edilməsi ilə yanaşı, pensiya kapitalının formalaşmasına da müəyyən dəstək göstərilər. Qadınların orta əməkhaqqının kişilərlə müqayisədə aşağı olması isə qlobal problemdir və Azərbaycan da bu baxımdan istisna deyil. Mövcud vəziyyətin yaxşılaşdırılması üçün sistemli tədbirlərə ehtiyac var. Əvvəlki dövrlə müqayisədə bu sahədə müəyyən dəyişikliklər var, amma əməkhaqları arasındakı fərqin daha da azaldılması qadınların pensiya təminatının yaxşılaşdırılmasına töhfə verə bilər”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bakıda dünya çempionatının açılış mərasimi olub -

05.11.2026 10:22 İdman

İlham Əliyev beynəlxalq sammit iştirakçılarına müraciət ünvanlayıb

05.11.2026 10:17 Siyasət

Samvel Karapetyan 1 aylıq həbs edildi

05.11.2026 10:08 Dünya

Azərbaycan nefti xeyli ucuzlaşdı

05.11.2026 09:43 İqtisadiyyat

SOCAR ABŞ-də 1,65 milyard dollarlıq aktiv alır

05.11.2026 09:21 İqtisadiyyat

Bakının iki rayonunda işıq kəsiləcək

05.11.2026 08:56 Cəmiyyət

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək