Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Azərbaycan “PATA Hosted Buyers Summit Baku 2026” t...
Azərbaycan “PATA Hosted Buyers Summit Baku 2026” tədbirinə ev sahibliyi edəcək -
Ana səhifə

Azərbaycan “PATA Hosted Buyers Summit Baku 2026” tədbirinə ev sahibliyi edəcək - VİDEO

Xpress.az Redaksiyası 13.10.2026 14:45

Oktyabrın 29-da Bakıda “PATA Hosted Buyers Summit Baku 2026” tədbiri keçiriləcək. Tədbirdə Asiyanın turizm bazarlarını təmsil edən şirkətlərin nümayəndələri ilə Azərbaycanın turizm sənayesi təmsilçiləri arasında görüşlər təşkil olunacaq.

Xpress.az xəbər verir ki, Dövlət Turizm Agentliyi, tabeliyindəki Azərbaycan Turizm Bürosu (ATB) və Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) birgə təşkilatçılığı ilə keçiriləcək tədbirin məqsədi Azərbaycan ilə Asiyanın əsas turizm bazarları arasında əlaqələrin genişləndirilməsi və ölkənin turizm imkanlarının beynəlxalq səyahət peşəkarlarına təqdim edilməsidir.

Sammit çərçivəsində Çin, Malayziya, İndoneziya, Sinqapur, Yaponiya və Cənubi Koreyadan 50 turizm peşəkarının iştirakı ilə yerli turizm şirkətləri arasında B2B görüşlər keçiriləcək. Görüşlər zamanı əməkdaşlıq imkanlarının müzakirəsi və yeni işgüzar əlaqələrin qurulması nəzərdə tutulur.

Tədbir o 24-30 oktyabr tarixlərində təşkil olunacaq tanışlıq səfərinin proqramına daxildir. Səfər çərçivəsində iştirakçılar Bakı, Şamaxı, Qəbələ, Şəki və Qaxda olacaq, Azərbaycanın tarixi-mədəni irsi, təbii resursları, qonaqpərvərlik ənənələri və turizm infrastrukturu ilə tanış olacaqlar.

Proqram zamanı Azərbaycanın İpək Yolu irsi, dağ və təbiət turizmi, işgüzar (MICE) turizm, “Umrah Plus” proqramları və fərdiləşdirilmiş səyahət imkanları təqdim ediləcək. Həmçinin Azərbaycanın qonşu ölkələrlə birlikdə çoxölkəli Qafqaz turizm marşrutlarına daxil edilməsi imkanları müzakirəyə çıxarılacaq.

“PATA Hosted Buyers Summit Baku 2026” yerli turizm şirkətlərinin Asiya bazarlarını təmsil edən peşəkarlarla birbaşa əlaqələr qurmasına, əməkdaşlıq imkanlarını genişləndirməsinə və Azərbaycan turizm məhsullarının beynəlxalq səyahət proqramlarında təşviqinə xidmət edəcək.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək