Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Uşaqlı ailələr hansı sosial ödənişlərdən yararlana...
Uşaqlı ailələr hansı sosial ödənişlərdən yararlana bilər?
Cəmiyyət

Uşaqlı ailələr hansı sosial ödənişlərdən yararlana bilər?

Xpress.az Redaksiyası 16.10.2026 11:01

Azərbaycanda uşağın doğulması ilə əlaqədar ailələr üçün bir neçə istiqamət üzrə sosial dəstək mexanizmi mövcuddur. Lakin bu ödənişlərin məbləği, kimlərə şamil olunduğu və hansı şərtlərlə verildiyi heç də eyni deyil. Məsələn, bəzi hallarda valideynə birdəfəlik 600 manat ödənilsə də, digər hallarda müavinətin məbləği ananın əməkhaqqısından, sosial sığorta stajından və digər amillərdən asılı olur.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, 2026-cı ilin ilk altı ayında uşağın anadan olması ilə əlaqədar 41 153 nəfərə birdəfəlik müavinət ödənilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,4%, iki il əvvəlki göstərici ilə müqayisədə isə 20% azdır. Azalma ölkədə doğum sayının aşağı düşməsi tendensiyası ilə əlaqələndirilir.

Bəs uşağın doğulmasına görə verilən 600 manat kimlərə çatır və sonrakı illərdə ailənin hansı dövlət dəstəyi imkanlarından yararlanmaq hüququ var?

“AzPolitika” rəsmi qurumların mənbələrində yer alan məlumatlar əsasında bu suallara aydınlıq gətirməyə çalışıb.

İlk növbədə qeyd edək ki, uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği əməkhaqqından və sosial sığorta stajından asılı deyil. Hazırda hər doğulan uşağa görə 600 manat birdəfəlik müavinət ödənilir. Əkiz və ya daha çox uşaq dünyaya gəldikdə ödəniş hər uşaq üçün ayrıca hesablanır. Məsələn, əkiz uşaqları olan ailəyə ümumilikdə 1200 manat verilir.

Müavinət, bir qayda olaraq, uşağın doğulması ilə əlaqədar müəyyən edilmiş qaydada təyin edilir. Müvafiq hallarda ödəniş uşağın anasına, qanunvericilikdə nəzərdə tutulan şərtlər daxilində isə atasına verilə bilər. Onu da bildirək ki, uşağın doğumu vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alındıqdan sonra müavinət, bir qayda olaraq, avtomatik təyin edilir. Bunun üçün ayrıca müraciət tələb olunmur. Əgər uşaq doğulduqdan sonra vəfat edərsə, doğum haqqında akt qeydi tərtib edildiyi halda, bu məbləği almaq mümkündür.

Digər tərəfdən, uşağa qulluq dövründə də müəyyən sosial ödənişlər nəzərdə tutulub. Lakin bu məbləğlər xeyli aşağıdır…

Belə ki, işləyən valideyn uşağın 3 yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətə çıxa bilər. Bu müddətdə DSMF tərəfindən aylıq müavinət ödənilir.

Mövcud qaydalara əsasən:

-Uşaq 1 yaş 6 aylıq olanadək aylıq müavinət 44 manatdır;

-Uşaq 1 yaş 6 aydan 3 yaşınadək olduqda aylıq müavinət 28 manat təşkil edir;

-Uşaq əlilliyi olan uşaqdırsa, müavinət ikiqat məbləğdə ödənilir.

Uşağa qulluq müavinətindən fərqli olaraq, ünvanlı dövlət sosial yardımı (ÜDSY) təkcə uşaqlı ailələr üçün nəzərdə tutulmayıb. Ailənin gəlirləri müəyyən edilmiş ehtiyac meyarından aşağı olduqda, digər şərtlər də nəzərə alınmaqla, bu yardımı almaq mümkündür. 2026-cı il üçün ehtiyac meyarı adambaşına aylıq 300 manat müəyyən edilib. Yardımın məbləği ailə üzvlərinin sayına uyğun hesablanan ehtiyac meyarı ilə ailənin faktiki orta aylıq gəliri arasındakı fərq əsasında müəyyən edilir.

Məsələn, 5 nəfərdən ibarət ailənin 2026-cı il üzrə ümumi ehtiyac meyarı 1500 manatdır. Ailənin nəzərə alınan orta aylıq gəliri bu məbləğdən aşağıdırsa, digər şərtlər də yerinə yetirildiyi halda, aradakı fərq həcmində sosial yardım təyin edilə bilər.

Ünvanlı sosial yardımın təyin edilməsində uşaqlı ailələr üçün ayrıca güzəşt də nəzərdə tutulub. Ailədə 8 yaşınadək uşağa və ya əlilliyi olan uşağa qulluq edən şəxsə təklif edilən işi qəbul etmədiyinə görə yardımın dayandırılması ilə bağlı ümumi qayda istisna olmaqla tətbiq edilə bilər. Belə şəxsin əmək bazarında aktiv iş axtarışında olması tələb olunmur.

Xatırladaq ki, sosial ödənişlərin bir hissəsi artıq avtomatik qaydada təyin olunur. Bu, valideynlərin əlavə sənədlər toplamaq və müxtəlif qurumlara müraciət etmək zərurətini azaldır. Bununla belə, hər ödəniş üzrə prosedur eyni deyil.

Məsələn, hamiləliyə və doğuşa görə müavinət: Rəsmi tibb müəssisəsi tərəfindən elektron xəstəlik vərəqəsi tərtib edilir. İşəgötürən həmin sənəd əsasında məzuniyyət əmrini MEİS-ə daxil edir. Sistem müvafiq məlumatlar əsasında hesablamanı aparır. Avtomatik təyinat mümkün olmadıqda əlavə müraciət tələb oluna bilər.

Uşağın doğulmasına görə 600 manatlıq müavinət: Doğum faktı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alındıqdan sonra ödəniş, bir qayda olaraq, avtomatik təyin edilir. Müavinətin statusunu “e-Sosial” portalı, DOST mərkəzi və ya “myGov” vasitəsilə yoxlamaq mümkündür.

Uşağa qulluq müavinəti: İşəgötürən qismən ödənişli sosial məzuniyyəti müvafiq sistemdə rəsmiləşdirdikdən sonra müavinətin təyin edilməsi prosesi başlayır.

Ünvanlı dövlət sosial yardımı: Bu ödənişi almaq üçün ayrıca müraciət etmək lazımdır. “Ərizə-bəyannamə” (Forma 2) elektron qaydada “e-Sosial” portalı vasitəsilə təqdim edilə və ya DOST mərkəzinə şəxsən müraciət oluna bilər.

Müraciət zamanı şəxsiyyət vəsiqəsi, ailə tərkibini təsdiqləyən sənədlər və gəlirlərlə bağlı məlumatlar tələb oluna bilər. Ərizə təqdim edildikdən sonra DSMF-nin müvafiq komissiyası ailənin yaşayış şəraitini videoyazı vasitəsilə yoxlayır. Müraciətə baxılma müddəti isə 15 iş günüdür. Yardım təyin edilərsə, ailəyə bir il müddətinə ödənilir. Həmin müddət başa çatdıqdan sonra yardımı davam etdirmək üçün yenidən müraciət etmək lazımdır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək