Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını...
Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır
Cəmiyyət

Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır

Xpress.az Redaksiyası 16.10.2026 13:08

Darvazaların qarşısında parklanma: Sakinlər evlərinə girə bilmir, təcili yardım həyətə daxil ola bilmir  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakıda quraşdırdığı parklanma sahəsi ərazidə yaşayan şəxslərin giriş-çıxışını məhdudlaşdırır.  

Yurd.Media xəbər verir ki, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsində həyət evlərinin darvazaları qarşısında park edilən avtomobillər hərəkətə mane olur. Sakinlər bildirirlər ki, yaranmış vəziyyət səbəbindən bir neçə gün əvvəl çağırılan təcili tibbi yardım avtomobili də həyətə daxil ola bilməyib.  “Sevincim” şadlıq sarayının arxa küçəsində təşkil olunan parkinqdə küçə boyu dayanan avtomobillər darvazaların qarşısını kəsir.   Sakin Emil Həsənovun sözlərinə görə, yaranmış vəziyyət səbəbindən öz avtomobilini həyətə daxil etməkdə və zərurət yarandıqda evindən çıxmaqda çətinlik çəkir.  O bildirib ki, bir neçə gün əvvəl anasının səhhəti ilə əlaqədar təcili tibbi yardım çağırmalı olub. Lakin ambulans həyətə daxil ola bilmədiyindən başqa küçədə dayanmağa məcbur olub.   Vətəndaş qeyd edib ki, problemlə bağlı dəfələrlə polisə müraciət etsələr də, nəticə əldə edə bilməyiblər. Onun sözlərinə görə, 102 qaynar xəttinə edilən müraciətlər zamanı ərazinin Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) nəzarətində olduğu bildirilib. Sakinlər isə qurumlara müraciətlərinə baxmayaraq, problemin həll olunmadığını deyirlər.  Problemin qarşısını almağa çalışan sakinlər darvazalarının qarşısına müyyən maneələr (konuslar, taxta parçaları və s.) qoyurlar. Lakin bəzi sürücülər bu maneələri kənara çəkərək avtomobillərini yenidən həmin ərazilərdə saxlayırlar. 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək