Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Sabiq icra başçısının xanımı məhkəmədə ifadə verdi...
Sabiq icra başçısının xanımı məhkəmədə ifadə verdi -
Cəmiyyət

Sabiq icra başçısının xanımı məhkəmədə ifadə verdi - oğlu aldadılıb

Xpress.az Redaksiyası 17.10.2026 11:35

Mingəçevir və Zərdabın icra başçısı işləmiş Lütvəli Babayevin oğlunun 2 milyonluq əmlakını ələ keçirməkdə ittiham olunanların məhkəməsi davam edir.

Xpress.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda Lütvəli Babayevin həyat yoldaşı Rübabə Babayeva ifadə verib.

Bundan əvvəl Lütvəli Babayev də məhkəmədə sorğu-sual edilmişdi. Bu dəfə isə onun həyat yoldaşı şahid qismində ifadə verib. R.Babayeva hakim qarşısında oğlu Babəlini aldadanlardan şikayətçi olduğunu deyib.

Şahid prosesə sədrlik edən hakim Mahirə Kərimovanın, prokurorun və müdafiə tərəfinin suallarını cavablandırarkən, bəzi hallarda istintaq vaxtı müstəntiqə verdiyi ifadədən fərqli şeylər deyib.

Eks-icra başçısının xanımı əsasən təqsirləndirilən Ehtiram Kərimovdan şikayətlənib, oğlunun əmlakının ələ keçirilməsində əsas onun rol oynadığını deyib. Digər müttəhim Aruz Əliyevə gəlincə, xanım şahid onu çoxdan tanıdıqlarını, onların ailə həkimi olduğunu deyib. O, oğlunun çox şeyi Aruzla məsləhətləşdiyini, inandığı üçün də əmlakı idarə etmək üçün ona etibarnamə verdiyini əlavə edib. Əmlakın satılmasını isə Babəli sonradan öyrənib.

Prosesin davamında Rübabə Babayeva başqa sualları da cavablandırıb.

Qeyd edək ki, Aruz Əliyev və dostu Ehtiram Kərimov polis tərəfindən aparılan istintaqla həbs ediliblər. A.Əliyev bu hadisəyə kimi “Uniklinika”nın baş həkimi olub. İttihama görə, Babəli Babayevin 1 milyon manat vergi borcu olub. Aruzla Ehtiram da vergini ödəməkdənsə, ona ölkədən qaçmağı məsləhət görüblər. Daha sonda onlar Babəlinin Türkiyəyə qaçmasını təşkil edib. İcra başçısının oğlu ölkədən çıxdıqdan sonra onlara öz əmlaklarını etibarnamə əsasında idarə etmə hüququ verib. Aruz və Ehtiram isə ev və başqa əmlakı 2 milyona sataraq pulunu öz maraqlarına xərcləyiblər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Ödənişli yollar effektlidirmi?

17.10.2026 15:54 Cəmiyyət

Azərbaycanda maaşlarla bağlı yeni proqnoz -

17.10.2026 15:43 İqtisadiyyat

Yararsız donuz əti idxal edən şirkət indi də auditə görə

17.10.2026 14:52 Cəmiyyət

Bakıda “The World of Adrenaline” adlı yeni beynəlxalq sirk proqramı başlayır

17.10.2026 14:28 Mədəniyyət

Reseptsiz dərman satışı ilə bağlı neçə aptekdə qanunsuzluq aşkarlanıb? –

17.10.2026 14:03 Sağlamlıq

Polietilen torbalar bahalaşdı, istifadəsi azalmadı -

17.10.2026 14:01 Cəmiyyət

Marketdən su alanlar

17.10.2026 13:29 Cəmiyyət

Mehdiyevin şirkətində müdir işləyirdi, nazir vəzifə verdi

17.10.2026 12:52 Cəmiyyət

Sabah 31 dərəcə isti olacaq

17.10.2026 12:32 Cəmiyyət

Putin hərbi müşavirə keçirdi: Zərbələrə davam edin!

17.10.2026 10:48 Dünya

Ramiz Mehdiyev bu ordenlərdən məhrum ediləcək:

17.10.2026 10:26 Cəmiyyət

Mənzil satanların DİQQƏTİNƏ: Sığorta ödənişinizi geri ala bilərsiniz

17.10.2026 10:11 Cəmiyyət

Ermənilərin Gəncədə törətdiyi növbəti terrordan 6 il ÖTÜR

17.10.2026 09:07 Cəmiyyət

4 gün ardıcıl iş olmayacaq -

16.10.2026 21:10 Cəmiyyət

Avropadan 52 nəfər Azərbaycana qaytarılıb

16.10.2026 20:19 Cəmiyyət

Yeni marşrut xətti istifadəyə verilir

16.10.2026 20:02 Cəmiyyət

"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI

16.10.2026 19:32 Cəmiyyət

Məhkəmə su təchizatçısı şirkəti 5 min dollar cərimələdi

16.10.2026 18:51 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək