Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Polietilen torbalar bahalaşdı, istifadəsi azalmadı...
Polietilen torbalar bahalaşdı, istifadəsi azalmadı -
Cəmiyyət

Polietilen torbalar bahalaşdı, istifadəsi azalmadı - Alternativlər niyə yoxdur?

Xpress.az Redaksiyası 17.10.2026 14:01

Azərbaycanda bir neçə ildir ki, polietilen torbaların istifadəsinə məhdudiyyət tətbiq edilir. Belə ki, “Ətraf mühitin mühafizəsi haqqında” qanuna edilmiş dəyişiklikliyə əsasən 2021-ci ilin iyul ayının 1-dən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların satışı qadağan edilib. 2023-cü ildən isə marketlərdə polietilen torbalar alıcılara pulla təklif olunur.

Belə ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinə ünvanladığı məktubda bildirilib ki, polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 nömrəli qərarına əsasən, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi ödənişli olmalıdır.

Həmin il kiçik ölçülü polietilen torbaların qiyməti 3 qəpik, böyük ölçülü polietilen torbaların qiyməti isə 5 qəpik müəyyən edilmişdi. Hazırda isə onların müvafiq olaraq qiymətləri 7 və 9 qəpikdir. Bu məhdudiyyətlərin əsas məqsədi ətraf mühitin plastik tullantılarla çirklənməsinin azaldılması və ekoloji təhlükəsizliyin təmin edilməsi idi. Lakin qadağalar və ya torbaların satılması bundan istifadəni gözəçarpan dərəcədə azaltmadı.

Bəs hazırda istehlakçılara təqdim edilən polietilen torbaların qalınlığının qüvvədə olan standartlara uyğunluğu yoxlanılırmı?

Mövzu barədə Bizim.Media-ya danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib ki, hökumətin müvafiq qərarından sonra polietilen torbaların istehsalı və istifadəsi təxminən 30 faiz azalıb:

“Təəssüf ki, torbaların qiymətinin artmasına baxmayaraq, onların istifadəsində azalma istənilən səviyyədə deyil. Bunun əsas səbəblərindən biri alternativlərin kifayət qədər olmamasıdır. Bir çox ölkələrdə olduğu kimi, kağız torbaların və digər ekoloji cəhətdən daha uyğun qablaşdırma vasitələrinin istifadəsi genişləndirilməlidir. Digər tərəfdən, istehlakçılar gündəlik məişət tullantılarını toplamaq və daşımaq üçün də polietilen torbalardan istifadə edirlər. İstehlakçılar bu məsələ ilə bağlı bizə müraciət edirlər. Onlar haqlı olaraq soruşurlar ki, məişət tullantılarını toplamaq üçün hansı alternativ vasitələrdən istifadə edə bilərlər”.

Birlik sədri qeyd edib ki, bu torbalar pulla olsa da, insanlar alır və nəticədə polietilen torbalar ətraf mühitə öz zərərini verməkdə davam edir:

“Ona görə də alternativlər təklif olunmalıdır. İstehlakçılara zibil daşımaq üçün başqa torblar paylanmalıdır ki, onlar məişət tullantılarının atılmasında ondan istifadə etsinlər. Problemin həlli yalnız polietilen torbaların ödənişli olması ilə məhdudlaşmamalıdır. İstehlakçıların polietilen torbalardan istifadəsini azaltmaq üçün onlara real və əlçatan alternativlər təklif olunmalıdır”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Ödənişli yollar effektlidirmi?

17.10.2026 15:54 Cəmiyyət

Azərbaycanda maaşlarla bağlı yeni proqnoz -

17.10.2026 15:43 İqtisadiyyat

Yararsız donuz əti idxal edən şirkət indi də auditə görə

17.10.2026 14:52 Cəmiyyət

Bakıda “The World of Adrenaline” adlı yeni beynəlxalq sirk proqramı başlayır

17.10.2026 14:28 Mədəniyyət

Reseptsiz dərman satışı ilə bağlı neçə aptekdə qanunsuzluq aşkarlanıb? –

17.10.2026 14:03 Sağlamlıq

Marketdən su alanlar

17.10.2026 13:29 Cəmiyyət

Mehdiyevin şirkətində müdir işləyirdi, nazir vəzifə verdi

17.10.2026 12:52 Cəmiyyət

Sabah 31 dərəcə isti olacaq

17.10.2026 12:32 Cəmiyyət

Sabiq icra başçısının xanımı məhkəmədə ifadə verdi -

17.10.2026 11:35 Cəmiyyət

Putin hərbi müşavirə keçirdi: Zərbələrə davam edin!

17.10.2026 10:48 Dünya

Ramiz Mehdiyev bu ordenlərdən məhrum ediləcək:

17.10.2026 10:26 Cəmiyyət

Mənzil satanların DİQQƏTİNƏ: Sığorta ödənişinizi geri ala bilərsiniz

17.10.2026 10:11 Cəmiyyət

Ermənilərin Gəncədə törətdiyi növbəti terrordan 6 il ÖTÜR

17.10.2026 09:07 Cəmiyyət

4 gün ardıcıl iş olmayacaq -

16.10.2026 21:10 Cəmiyyət

Avropadan 52 nəfər Azərbaycana qaytarılıb

16.10.2026 20:19 Cəmiyyət

Yeni marşrut xətti istifadəyə verilir

16.10.2026 20:02 Cəmiyyət

"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI

16.10.2026 19:32 Cəmiyyət

Məhkəmə su təchizatçısı şirkəti 5 min dollar cərimələdi

16.10.2026 18:51 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək