Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Yararsız donuz əti idxal edən şirkət indi də audit...
Yararsız donuz əti idxal edən şirkət indi də auditə görə
Cəmiyyət

Yararsız donuz əti idxal edən şirkət indi də auditə görə CƏZALANDIRILDI

Xpress.az Redaksiyası 17.10.2026 14:52

Azərbaycanda qida məhsullarının topdan və pərakəndə distribusiyası ilə məşğul olan “UNİVERSAL-SVS” MMC 1500 manat cərimələnib.

Xpress.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, şirkət 2024-cü il üzrə maliyyə hesabatlarının auditini 2025-ci ildə həyata keçirmədiyinə görə inzibati məsuliyyətə cəlb olunub.

İş materiallarına əsasən, şirkət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib. Həmin maddə qanunla nəzərdə tutulan hallarda məcburi auditdən yayınmağa görə hüquqi şəxslər üçün 1500 manatdan 2500 manatadək cərimə nəzərdə tutur.

Məhkəmə araşdırması zamanı qeyd olunub ki, kommersiya təşkilatları qanunvericilikdə nəzərdə tutulan hallarda maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq üçün müstəqil auditor cəlb etməlidirlər. Qərarda bildirilib ki, əvvəlki ilin maliyyə hesabatlarının auditi növbəti ilin sonunadək həyata keçirilməlidir.

Məhkəmə “UNİVERSAL-SVS” MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran halları müəyyən etməyib. İşin hallarını nəzərə alan məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirli bilərək ona 1500 manat cərimə tətbiq edilməsinə qərar verib.

Qeyd edək ki, ötən ilin aprel ayında şirkətin Rusiyadan idxal etdiyi 22,08 ton dondurulmuş sümüksüz donuz əti insan istehlakı üçün yararsız çıxmışdı. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yaymışdı.

Nizamnamə kapitalı 100 manat olan “UNİVERSAL-SVS” MMC-nin qanuni təmsilçisi Dövlətov Vahab Sərdar oğludur. Şirkət Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 32Q, mənzil 2 ünvanında yerləşir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Ödənişli yollar effektlidirmi?

17.10.2026 15:54 Cəmiyyət

Azərbaycanda maaşlarla bağlı yeni proqnoz -

17.10.2026 15:43 İqtisadiyyat

Bakıda “The World of Adrenaline” adlı yeni beynəlxalq sirk proqramı başlayır

17.10.2026 14:28 Mədəniyyət

Reseptsiz dərman satışı ilə bağlı neçə aptekdə qanunsuzluq aşkarlanıb? –

17.10.2026 14:03 Sağlamlıq

Polietilen torbalar bahalaşdı, istifadəsi azalmadı -

17.10.2026 14:01 Cəmiyyət

Marketdən su alanlar

17.10.2026 13:29 Cəmiyyət

Mehdiyevin şirkətində müdir işləyirdi, nazir vəzifə verdi

17.10.2026 12:52 Cəmiyyət

Sabah 31 dərəcə isti olacaq

17.10.2026 12:32 Cəmiyyət

Sabiq icra başçısının xanımı məhkəmədə ifadə verdi -

17.10.2026 11:35 Cəmiyyət

Putin hərbi müşavirə keçirdi: Zərbələrə davam edin!

17.10.2026 10:48 Dünya

Ramiz Mehdiyev bu ordenlərdən məhrum ediləcək:

17.10.2026 10:26 Cəmiyyət

Mənzil satanların DİQQƏTİNƏ: Sığorta ödənişinizi geri ala bilərsiniz

17.10.2026 10:11 Cəmiyyət

Ermənilərin Gəncədə törətdiyi növbəti terrordan 6 il ÖTÜR

17.10.2026 09:07 Cəmiyyət

4 gün ardıcıl iş olmayacaq -

16.10.2026 21:10 Cəmiyyət

Avropadan 52 nəfər Azərbaycana qaytarılıb

16.10.2026 20:19 Cəmiyyət

Yeni marşrut xətti istifadəyə verilir

16.10.2026 20:02 Cəmiyyət

"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI

16.10.2026 19:32 Cəmiyyət

Məhkəmə su təchizatçısı şirkəti 5 min dollar cərimələdi

16.10.2026 18:51 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək