Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Xırdalanda mansard adı ilə çoxmərtəbəli binanın üs...
Xırdalanda mansard adı ilə çoxmərtəbəli binanın üstündə 2 mərtəbə tikdilər
Cəmiyyət

Xırdalanda mansard adı ilə çoxmərtəbəli binanın üstündə 2 mərtəbə tikdilər

Xpress.az Redaksiyası 19.10.2026 10:39

Xırdalan şəhərində 10 ildən artıqdır istifadəyə verilmiş çoxmərtəbəli yaşayış binasının üzərində əlavə iki mərtəbənin inşası ilə bağlı yeni təfərrüatlar məlum olub.

Xpress.az "Musavat.com"a istinadən xəbər verir ki, “Abşeron A1” MTK-ya məxsus, illər əvvəl sakinlərin istifadəsinə verilmiş 13 mərtəbəli yaşayış binasında əlavə tikinti işlərinə başlanılıb. Tikintinin mövcud şəhərsalma norma və qaydalarına uyğunluğu isə ciddi suallar doğurur. Məlumata əsasən, şirkət müvafiq dövlət qurumlarına müraciət edərək binada dam örtüyünün quraşdırılması üçün razılıq istəyib. Məsələdən Abşeron Rayon İcra Hakimiyyəti də məlumatlı olub.

İcra hakimiyyəti şəhərsalma norma və qaydalarına riayət olunması şərtilə binada mansard tikintisinə razılıq verib. Lakin sonradan qurumda mansardın iki mərtəbədən ibarət olacağından xəbərdar olmadıqlarını bildiriblər. Diqqətçəkən digər məqam şirkətin bir qrup sakin adından Fövqəladə Hallar Nazirliyinə ünvanladığı məktublardır. Həmin məktublarda sakinlərin 13 mərtəbəli binanın üzərində texniki mərtəbənin tikilməsinə etiraz etmədikləri göstərilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi publik hüquqi şəxs tərəfindən də şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə riayət olunması şərtilə yenidənqurma işlərinin aparılmasına razılıq verildiyi bildirilir. Lakin əldə olunan məlumatlar və tikintinin faktiki vəziyyəti arasında bir sıra ziddiyyətli məqamlar ortaya çıxır.

İlk növbədə, 10 ildən artıqdır yaşayışa təhvil verilmiş binada dam örtüyünün məhz indi inşa edilməsinə hansı zərurət yaranıb?

Rəsmi qurumlara təqdim edilən müraciətlərdə eyni tikinti ilə bağlı müxtəlif - “dam örtüyü”, “texniki mərtəbə” və “mansard” ifadələrinin işlədilməsi nə ilə izah olunur?

Ən mühüm sual isə budur: müraciət və razılıq sənədlərində bir mərtəbədən bəhs edildiyi halda, faktiki olaraq iki mərtəbənin inşası hansı hüquqi əsasla həyata keçirilir?

Digər diqqətçəkən məqam pəncərələri olan və “dam örtüyü” kimi təqdim edilən konstruksiyanın yaşayış kompleksindəki bir deyil, iki binanın üzərində inşasının nəzərdə tutulmasıdır. Belə olan halda, kompleksin digər binalarının dam örtüyünün yenilənməsinə niyə ehtiyac duyulmur?

Bütün bunlar aparılan işlərin həqiqətən dam örtüyünün yenilənməsi, yoxsa mövcud yaşayış binalarının mərtəbə sayının artırılması məqsədi daşıdığı barədə suallar yaradır.

Ümid edirik ki, aidiyyəti dövlət qurumları bu suallara aydınlıq gətirəcək, tikintiyə verilmiş razılıqların hüquqi əsasları, faktiki aparılan işlərin təsdiqlənmiş layihəyə uyğunluğu və binanın təhlükəsizliyi ilə bağlı ictimaiyyətə ətraflı məlumat təqdim edəcəklər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək