Cəmiyyət
Bıçaqlanma olan xəstəxanaya baş həkim təyin edildi
Xpress.az Redaksiyası
19.10.2026 10:23
Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub.
Bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb.
Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilib.
R.Nağıyev daha əvvəl Binəqədi Tibb Mərkəzinin baş həkimi vəzifəsində çalışıb.
Qeyd edək ki, oktyabrın 8-də sözügedən xəstəxanada insident yaşanıb. Hadisə zamanı direktor müavini Orxan Ənvərli bıçaqlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Elçin Balayev saxlanılıb./unikal