Cəmiyyət
“Gənclik Mall”da “endirimlə” şalvar aldı, etiketin altından çıxan mənzərəyə görə şoka düşdü – FOTOLAR
Xpress.az Redaksiyası
17.11.2026 10:11
“Müştəriyəm Şikayətim Var” Facebook qrupunda anonim istifadəçi tərəfindən paylaşılan şikayətdə bildirilir ki, “Gənclik Mall”da yerləşən “Terranova” mağazasından uşaq üçün “endirimlə” şalvar alınıb, lakin evə qayıtdıqdan sonra etiketin altındakı əvvəlki qiymət görüləndə alıcı vəziyyətə təəccüblənib. Paylaşılan fotolarda qırmızı endirim etiketində 24,99 manat və -20% göstəricisi ilə yanaşı 19,99 manat qiymətinin qeyd olunduğu, həmin etiket qaldırıldıqda isə altdakı etiketdə də 19,99 manat qiymətinin göründüyü əks olunub və şikayətçi bunu alıcı hüquqlarının pozulması kimi qiymətləndirib.