Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət “Ölkəmizə qarşı aparılan təbliğat nəticəsiz qala...
“Ölkəmizə qarşı aparılan  təbliğat  nəticəsiz qalacaq”
Siyasət

“Ölkəmizə qarşı aparılan təbliğat nəticəsiz qalacaq” -Komitə sədri

Xpress.az Redaksiyası 31.10.2025 12:20

"Bu günlərdə Qarabağda keçmiş məcburi köçkünkərlə görüş zamanı Prezident İlham Əliyev qeyd etdi ki: “Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir”. Bu həqiqətən də belədir. Biz hər gün bir uğur, hər gün bir qələbə qazanırıq. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Suveren hüquqlarını bərpa edib. Ölkəmizdə separatçılığın kökü kəsilib.
Erməni işğalı nəticəsində dağılmış kənd və şəhərlərimiz yenidən qurulur. Keçmiş məcburi köçkünlərimiz böyük sevinc və qürurla öz doğma yurdlarına qayıdır. Bir daha bu tarixi Zəfəri bizə yaşadan əziz şəhdilərimizi ehtiramla yad edir, igid qazilərimizə şəfa diləyirik".
Xpress.az  verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.
O qeyd edib ki, xalqımız Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadı: "
Öz doğma torpaqlarımıza qayıtmaq üçün həm Ulu öndərimiz Heydər Əliyev, həm də ölkə başçısı İlham Əliyev böyük siyasi iradə, qətiyyət göstərdi. 1993-cü ildən Ümummilli lider Heydər Əliyev tərəfindən başlanan iqtisadi, siyasi, hərbi sahədə mühüm islahatlar, Prezident İlham Əliyev tərəfindən daha da gücləndirildi. Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr bu müqəddəs missiyanı həyata keçirilməsində özünəməxsus rol oynamışdır.
Beləliklə, Azərbaycan bir dövlət olaraq, bütün gücləri səfərbər edərək öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Azərbaycan Parlamenti başda spiker Sahibə xanım Qafarova olmaqla, bütün deputat həmkarlarım 44 gün ərzində ümumi qələbəmiz üçün fəaliyyət göstərdi. Təbliğat işləri apardı, bəyanatlar verdi. Ötən müddət ərzində aparılan siyasət nəticəsində Azərbaycan artıq Ermənistanla sülh yaratma prosesi demək olar ki, son mərhələsinə keçib. Prezident İlham Əliyev Ulu öndərin qoyduğu təməl prinsipləri daha da gücləndirərək, Azərbaycanın 200 illik işğal tarixinə son qoydu. O, elə bir siyasət aparır ki, gələcək nəsillər üçün həll olunmamış məsələ qalmasın. Və davamlı sülhə nail olmaq üçün bütün vacib tədbirləri görür. Ona görə də hazırda geosiyasi proseslərin sürətlə dəyişdiyi bir zamanda, Azərbaycanın atdığı addımlar, qəbul etdiyi qərarlar tarixi əhəmiyyət kəsb edir".
Komitə sədri bildirib ki, regionda yeni reallıq yaradan prezident İlham Əliyevin qətiyyəti nəticəsində Azərbaycan həm iqtisadi, həm strateji, həm də geosiyasi baxımından ciddi qəbul olunan bir dövlətdir:
“Ölkəmiz müstəqil siyasət aparır. Öz dövlət və vətəndaş maraqlarını müdafiə edir. Digər ölkələrə də eyni münasibəti bəsləyir. Lakin son zamanlar bəzi qüvvələr Azərbaycan dövlətinə, dövlətçiliyinə, onun rəhbərinə və ailəsinə qarşı böhtan kampaniyaları aparır. Sosial şəbəkələr üzərindən saxta xəbərlər yayırlar. Bilirik ki, ölkəmizə, onun rəhbərliyinə qarşı yalan və şər təbliğatı aparan qüvvələr, onların havadarları öz məqsədlərinə çata bilməyəcəklər. Çünki, onların qarşısında bir qarış torpağını düşmən tapdağında qoymayan Müdrik rəhbər, güclü ordu, dəmir yumruq kimi xalq dayanıb! Mən də təbriklərə qoşularaq, 8 Noyabr- Zəfər Bayramı münasibəti ilə xalqımızı təbrik edirəm! Bugünkü Azərbaycanın gücü, birliyi, azadlığı və əzmkarlığı heç vaxt məğlub olmayacaq! Ölkəmiz daim inkişaf edəcəkdir! Bayrağımız, əbədi olaraq bütün kənd və şəhərlərimizdə dalğalanacaqdır!"

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək