Prezident İlham Əliyev AMEA-nın 80 illik yubileyində
Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edərək çıxış edib.
Prezident çıxışında AMEA-nın son 80 ildə keçdiyi inkişaf yolunun ölkənin elmi və intellektual potensialının formalaşmasına mühüm töhfə verdiyini bildirib. Dövlət başçısı elm sahəsinə göstərilən diqqət və qayğının artdığını, Akademiyanın maddi-texniki bazasının gücləndirilməsi üçün geniş imkanlar yaradıldığını vurğulayıb.
İlham Əliyev, həmçinin, AMEA əməkdaşlarının fəaliyyətinə, elmi tədqiqatlara verilən dəyərə və elmin cəmiyyətin inkişafındakı roluna xüsusi diqqət yetirildiyini qeyd edib.