Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Qəzzada atəşkəs POZULDU –
Qəzzada atəşkəs POZULDU –
Dünya

Qəzzada atəşkəs POZULDU – Savaş yenidən ALOVLANIR?

Xpress.az Redaksiyası 20.10.2025 15:59

Qəzzada atəşkəslə bağlı Şarm əl-Şeyxdə əldə olunan razılaşmadan bir həftə keçməmiş bölgədə yenidən toqquşma baş verib.

Məlumatlara əsasən, İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərinə hava zərbələri endirib.
 

Netanyahu orduya əmr verdi: "Qəzzada qətiyyətli tədbirlər görün"

Təl-Əvivin açıqlamasına görə, onların belə bir addım atmasına Qəzzadakı yaraqlıların  zolağın cənubundakı Rəfahda İsrail qüvvələrinə hücum etmələri səbəb olub. Buna cavab olaraq İsrail əraziyə hava zərbələri endirib.

HƏMAS-dan verilən açıqlamada isə qruplaşmanın  toqquşmadan xəbərsiz olduğu qeyd edilib.

Hadisədən sonra, İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti bəyanat yayaraq, atəşkəs rejiminə əməl edəcəklərini, lakin hər hansı pozuntulara da sərt reaksiya verəcəklərini bildirib. 

Qeyd edək ki, bir həftə öncə, oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində baş tutan Yaxın Şərq Sülh Sammitində Qəzza zolağında atəşkəsin əldə olunmasına dair saziş imzalanıb.   

Baş verən olay fonunda görəsən Qəzzada atəşkəs iflasa uğradı?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Qabil Hüseynli düşünür ki, olay atəşkəs rejiminin iflasa uğraması anlamına gəlməsə də, sülh prosesini ciddi zədələyib:
 

“Proses onu göstərir ki, atəşkəs sazişi əldə olunsa da, Qəzza zolağında hazırda xaos vəziyyəti hökm sürür. Bu həm də atəşkəs sazişinin kövrək olduğuna işarədir. ABŞ Prezidenti Donald Tramp hər dəfə dünyanın bu və ya digər ərazilərində sülh yaratması ilə öyünür. O bildirirdi ki, daha İsraili Qəzzaya hücum etməyəcək. Amma gördüyümüz kimi, hər iki tərəfin səbirsizliyi üzündən bunun əksi baş verdi”.


Politoloqun fikrincə, atəşkəsə zəmanət verən ölkələr mövcud vəziyyətdə hərəkətə keçməlidirlər:

“Sazişə zəmanət verən dövlətlər var ki, Türkiyə də onların sırasındadır. Deməli, atəşkəs pozulmaqda davam edərsə, ona zəmanət verən dövlətlər hərəkətə keçməli olacaqlar. Amma bu olay heç bir halda sülh prosesinin iflasa uğraması anlamına gəlməməlidir. Bununla belə, baş verən hadisə sülh prosesini ciddi surətdə zədələdi. Yaranmış vəziyyət zəmanət verən dövlətlərin yenidən prosesə qarışmasını tələb edir”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək